Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Talış kəndinin sakinləri evlərinə qayıtmamaqda israr edir

Ermənistan hakimiyyəti aprel hadisələrindən sonra Talış kəndindən qaçan əhalini evlərinə qayıtmaq üçün dilə tutmaqda davam edir. ANS PRESS-in məlumatına görə, qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Bako Saakiyan Ermənistanın Çarensavan şəhərinə gəlib və evlərindən qaçan sakinlərlə görüşüb.

Prezident görüş zamanı onların sosial-məişət şəraiti, problemləri və gələcək planları ilə maraqlanıb və onlara problemlərini həll edəcəyi ilə bağlı söz verib.

Saakiyan sakinləri sakitləşdirmək üçün özü ilə bir neçə “nazir” də gətirib.

Azərbaycan ordusunun Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı aprelin 2-dən 5-dək  apardığı hərbi əməliyyatlar zamanı işğal altında olan Ağdərə rayonunun Talış kəndinin ətrafındakı yüksəklikləri azad edilib. Həmin vaxtdan etibarən Talış kəndinin əksər sakinləri evlərini tərk edib.

Bako Saakyan və sakinlər arasında görüş

Bako Saakyan və sakinlər arasında görüş

Amma əməliyyatlarda 2 aydan çox vaxt keçməsinə baxmayaraq əhali evlərinə qayıtmaq istəmir. Bunu qondarma rejimin rəhbərliyi də təsdiqləyib. Qondarma Dağlıq Qarabağ respublikası “parlamentinin” “Milli Dirçəliş” fraksiyasının rəhbəri Ayk Xanumyan Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir. 

Həmçinin Talış kəndinin icma koordinatoru Slava Bayunts isə deyib ki, artıq 370 erməni İrəvana gedib. O deyib ki, onlar problemlərinin tez bir zamanda həll edilməsi üçün hökumətə məktublar göndəriblər.

“Sakinlər hər yerdə yaşamağa razıdırlar, bircə onlara sığınacaq verməlidirlər. Bizə sığınacaq və maddi yardım lazımdır”, – deyə Bayunts bildirib.

Talış kəndindən qaçan ermənilər

Talış kəndindən qaçan ermənilər

Ermənistan rəhbərliyi Talış kəndinin sakinlərini evlərinə qaytara bilmədiyini gördükdə vəziyyəti ört-basdır etmək üçün onların başqa ərazilərdə yerləşdirilməsini təklif edib. Amma hələ ki, rəhbərlik və sakinlər arasında razılıq əldə olunmayıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930