Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Öl e, öl, daha niyə yaşayırsan?

Nənəmin yaxşı bir sözü vardı, yeməyənin payını yeyərlər, hələ üstündən su da içərlər. Amma indi o qədər qəzəbliyəm ki, heç su da məni sakitləşdirməz.

Erməni oliqarx, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın 23 yaşlı oğlu Sarkisin toyunda bəylə gəlinin “O olmasın, bu olsun” operettasında səslənən rəqsin sədaları altında süzməsini görəndə başımdan sanki qaynar su tökdülər. Özü də bir qazan yox, bir çən!

Azərbaycanlı milyarder AST Telmana məxsus “Safisa” şadlıq sarayında baş tutan toyda bu musiqinin erməni “milli rəqs”i adı altında qələmə verilməsi əvvəlcə təpəmdən tüstü çıxardı. Sonra isə bu qəzəbi xəcalət təri əvəzlədi. Yavaşca öz-özümə dedim öl e, öl, daha niyə yaşayırsan?! Belə də ki, elə sənə bu da azdır. Sən döyüldün, qohum-əqrəbanın toyunda ayağını yerə çırpa-çırpa onun-bunun rəqslərinə şıdırğı gedən?

Vaxt vardı, qızlar ər evinə gəlin havası sayılan “Vağzalı”nın sədaları altında qırmızı duvaqda köçərdilər. İndi “Vağzalı”nı bəyənən kimdir? Gəlin havasını “Mendelson” marşı ilə əvəz ediblər. Hələ qollarını çarpazlayıb, şərab içmələrini demirəm. Allah bilir, bu “tryuk”un üzərində evdə nə qədər məşq də edirlər. Adama deyərlər noolub, nə ölümdür? Sən azərbaycanlısan e, avropalı deyilsən.

Erməni oliqarxının oğlu qədər də olmadınız. Bəylə-gəlin milli geyimdə rəqsimizin sədaları altında süzür. Biz milli rəqsimizi bəyənib oynamırıq, o ki qala, milli geyimlərimizdə gəlin köçək.

Nə vermişik kürəyi belinə qədər açıq, sinəsi, göbəyi çöldə qalan libaslara. Bilirəm mənə güləcəksiniz, sözlərim naftalin iyi verir deyib məsxərəyə qoyacaqsınız. Heç umurumda belə deyil. Onsuz da islanmışın yağışdan nə qorxusu? Elə özümüzü bəyənməyə-bəyənməyə, onun-bunun yerişini yeriyə-yeriyə öz yerişimizi də itirmişik. Onun-bunun musiqilərini dinləyib, onun-bunun havasına oynayıb, onun-bunun yeməklərini nuş edib, özümüzünkünü bəyənmədikcə erməni də belə edəcək. Bizim qurumlar da uzaqbaşı “haralarasa” etiraz məktubu ünvanlayacaq, mənim kimi bir az deyinib-danışıb, sonra yenə öz işimizdə olacağıq. Anlamırıq ki, sözlə yox, əməllə ermənini susdurmalıyıq. Odur ki, rəqsimizə, mətbəximizə, geyimimizə, bir sözlə – keçmişimizə sahib çıxmalıyıq ki, sonra yana-yana qalmayaq. Çünki əvvəldə dediyim kimi, yeməyəninin payını yeyərlər. (publika)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930