İran Qarabağ məsələsində aktivləşir
İranda rəsmi səfərdə olan Ermənistan XİN rəhbəri Eduard Nalbayndyan parlament sədri Əli Laricani ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Publika.az xəbər verir ki, müzakirələrdə münaqişənin sülh yolu ilə həllinə alternativ variantın olmadığı qeyd olunub. Qeyd edək ki, dünən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Nalbandyanla Qarabağ məsələsini müzakirə edib.
Sanksiyaların aradan qalxmasından sonra İranın Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşdiyi müşahidə olunur. Rəsmi Tehran hesab edir ki, münaqişənin həlli formatında daha çox regional dövlətlər təmsil olunmalıdır.