Ermənistanın müdafiə naziri Talış kəndinə gedib
Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyunun 4-ü axşam Dağlıq Qarabağa səfər edib.
Ermənistan KİV-i xəbər verir ki, Ohanyan Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakanyanla birlikdə Tərtərin işğal altındakı Talış və Madagis kəndlərində olublar.
Onlar aprel döyüşləri zamanı itirdikləri və hazırda Azərbaycan ordusunun əlində olan mövqeləri müşahidə ediblər.