Niderland 1915-ci il hadisələrini “soyqırım” kimi qəbul etməyəcək. ANS PRESS-in məlumatına görə, bu barədə krallığın baş nazirinin müavini Lüdovik Aşer bildirib.
Aşer bildirib ki, 2004-cü ildə parlamentdə qəbul edildiyi kimi, krallıq bu hadisələrlə bağlı “problem” ifadəsini işlətməkdə davam edəcək.
İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb.
Almaniya Bundestaqı qondarma erməni “soyqırımı” ilə bağlı qətnaməni qəbul edib. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.