Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan “KQB”sinin zabiti alverçi erməni qadınları türk agenti adlandırıb

“Türkiyəyə gedən erməni qadınlar alverçi kimi gedib, kəşfiyyatçı kimi geri qayıdırlar”.

ANS PRESS-in məlumtanı görə, bu iddianı Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş rəis müavini Qurgen Yeqizaryan səsləndirib.

Yeni yazdığı “Qurd qovşağı” kitabından danışan Qurgen Yeqizaryan kitabda 27 oktybar 1999-cu ildə Ermənistan parlamentində spiker Karen Demirçyanın güllələnməsindən bəhs etdiyini bildirib: “Mənim fikrimcə, bu, Türkiyə kəşfiyyatının işidir. Çünki Ermənistanda Demirçyan kimi adam sevilən şəxs olmamalı idi, hər şey onun əleyhinə idi”.

Kitabında Karen Demirçyanın adını dəyişdirdiyini söyləyən Qurgen Yeqizaryan Türkiyə və Azərbaycan kəşfiyyatının Ermənistanda güclü fəaliyyət göstərdiyini söyləyib: “Məni düşmən qarşısında çılpaq qalmış vətənim narahat edir, son müharibə bunu sübut edir. Siz bilirsiniz, bizim qadınlar alver üçün Türkiyəyə gedirlər, amma ordan kəşfiyyatçı kimi qayıdırlar. Bu necə baş verir, özünüz kitabımda oxuyacaqsınız. Əgər mən öz kitabımla heç olmazsa bir erməninin agent olmasına mane ola bilərəmsə, deməli, kitabım alınıb”.

“Ermənistanda azərbaycanlılarla ermənilərin mehriban yaşadığı bir dövrdə rəhbər olmuş Demirçyanın populyarlığı başa düşüləndir”.

Amma Ermənistandakı ağır vəziyyətlə yaxından tanış olan insanlar anlayır ki, kitab alınmayıb. Müəllif özü də yaxşı bilir ki, Ermənistandan kənara qaça bilməyən qadınların həyatı o qədər ağırdır ki, onlar hər şeyə getməyə hazırdırlar. Erməni mətbuatı bu barədə sussa da, Rusiya KİV-lərinin təmsilçiləri kənd yerlərindən yaşayan erməni qadınların həyatın çətinliyi ilə təkbaşına üz-üzə qaldıqlarını bildirirlər.

Rus jurnalistlər Ermənistanda olan 800-ə yaxın kəndi kişisiz ərazi elan ediblər, 300-ə yaxın kənddə artıq qadınlar da qalmayıb, yalnız icra hakimiyyəti nümayəndələri və onların xanımları aldıqları maaş qarşılığında kəndlərdə otururlar. Kənd sakinləri isə çoxdan qapılarını bağlayaraq ailəlikcə Rusiyaya köçüblər.

Əri Rusiyada olan tənha erməni qadın

Əri Rusiyada olan tənha erməni qadın

Rusiyalı sənədli film rejissoru Aleksey Şutov bu ilin əvvəlində Ermənistanın İrəvan və Gümrü şəhərlərinin arsında yerləşən Aparan kəndində olaraq ərləri Rusiyaya getmiş tənha erməni qadınların həyatı ilə maraqlanıb.

Aleksey Şutovun dediyinə görə, kənddə cəmi 4 kişi var və onlar da icra hakimiyyətində işləyirlər. Bir neçə evdə yaşlı kişilərə də rast gəlmək olur, onlar o qədər qocadırlar ki, Rusiyaya qazanc dalınca gedə bilməyiblər, uyğun olaraq təsərrüfat işlərində də işləyə bilmirlər. Buna görə də erməni qadınlar təkbaşına əkin-biçinlə ailəni dolandırmalıdırlar. Bu isə çox çətindir, üstəgəl qadınlar ev işləri görüb uşaqlara da baxmalıdırlar.

Təbii ki, belə olan halda, erməni qadınlar ən ağlagəlməz üsullardan istifadə edirlər. Məsələn, Ermənistanın Araqatsyun vilayətinin Aruç kəndinin sakini olan qadın öz bir aylıq körpəsini 5 min dollara Ararat rayonunun Taperakan kəndinə satmışdı. Erməni mətbuatı qadının bu addımı evdəki 3 uşağını dolandırmaq üçün atdığını yazır.

“Rus jurnalistlər Ermənistanda olan 800-ə yaxın kəndi kişisiz ərazi elan ediblər”,

Belə olan şəraitdə Ermənistan hakimiyyətinin keçmiş təmsilçisi hansı məntiqlə Türkiyəyə alver üçün gedən qadınların Türkiyə kəşfiyyatına işləməsindən danışa bilər? Ermənistanda azərbaycanlılarla ermənilərin mehriban yaşadığı bir dövrdə rəhbər olmuş, bu mehribanlığı təmin etmək üçün çox iş görmüş Demirçyanın populyarlığı başa düşüləndir.

Rusiyada qonşusu olmuş azərbaycanlılarla görüşən Ermənistan erməniləri bərəkətin və ruzinin 1988-də qaldığını dəfələrlə vurğulayıblar. Yəni sadə ermənilər şüuraltı şəkildə türksüz Ermənistanda çörək olmadığı qənaətinə gəliblər. Qurgen Yeqizaryan məhz qənaətin Türkiyə kəşfiyyatının işi olduğunu iddia edir. Halbuki, bir qədər güzgüyə baxsa idi monoetnik respublika yaratmaqla Ermənistanda son 200 ildə formalaşmış çox ukladlılığı məhv etməyin günahını özlərində axtarmalı idi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930