”Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədib”
“Almaniya Bundestaqının qəbul etdiyi qətnamənin ermənilərlə heç bir bağlılığı yoxdur. Onlardan sadəcə alət kimi istifadə olunub. Erməni məsələsi Türkiyəyə qarşı istifadə edilmək üçün çox əlverişli alətə çevrilib. Kipr yunanlarının törətdiyi qətliamların şahidləri hələ də yaşayırlar. Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədiblər. Bu vəhşiliklərə məruz qalanlar bu gün də yaşayırlar və həqiqətləri onlardan eşitmək mümkündür”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli sahibkarların konfransında bildirib.
R.T.Ərdoğan Türkiyənin “erməni soyqırım”ı ittihamlarını qətiyyən qəbul etmədiyini vurğulayıb: “Türkiyə “erməni soyqırım”ı ittihamlarını qəbul etməyəcək. Amma Türkiyə bu məsələdə tarixçilərin apardıqları araşdırmaların nəticələrini qəbul etməyə hazırdır. Bəs, Ermənistan və bəzi digər ölkələr bu nəticələri qəbul etməyə hazırdırmı? Hazırda Türkiyədə minlərlə erməni yaşayır. Biz, həmçinin, 3 milyon qaçqına sığınacaq vermişik”.