Aktobedə hərbi hissəyə hücum: Ölənlər var – Video
Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışma gedir.
Axar.az xəbər verir ki, bu barədə “Tengrinyus.kz” saytı məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları şəhərin 3 rayonunda – Filarmoniya, 5-ci mikrorayon və “Pallada” silah mağazasında əməliyyata başlayıb.
Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib. Qeyri-dəqiq məlumata görə, naməlum şəxslər silah mağazasını qarət ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları evlərindən çıxmamağa çağırıb. Ticarət mərkəzindəki insanlar təxliyyə olunur. Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmisi Almas Sadubayev hadisə bağlı açıqlama verib.
“Aktobe rayonunda naməlum şəxslər “Pallada” silah mağazasına hücum ediblər. Daha sonra başqa bir silah mağazası və Milli Qvardiyanın hərbi hissəsinə hücum edildiyi məlum olub. Hücum zamanı mağanın satıcısı həlak olub, 1 nəfər də yaralanıb. Hərbi hissəyə hücumun qarşısını alarkən bir zabit və müqavilə ilə quylluq edən 1 hərbçi də həlak olub. 9 hərbçi yaralanıb. Hüquq-mühafiə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində hücum edənlərdən biri saxlanılıb, 3 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb. Quldurlardan bir neçəsi gizlənməyə müvəffəq olub”, – Sadubayev bildirib.
***
Aktobedə antiterror əməliyyatları nəticəsində 4 silahlı şəxs öldürülüb, 2-si isə yaralanıb, 7 nəfər tutulub.
Hazırda əməliyyatlar davam edir.