Ermənistanda vergi idarəsinin qarşısında partlayış baş verdi
Ermənistanın şimalında yerləşən Vanadzor şəhərində vergi idarəsinin qarşısında zibil qutusuna yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
Virtualaz.org “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, partlayışın baş verdiyi yerə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı deyilir.