Əliyev və Sərkisyan razılaşdı – Görüş olacaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla 2 iyun görüşünün nəticəsi olaraq bəyanat yayıblar.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bəyanatda bildirilir:
“Nazirlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini təsdiqləyiblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi haqqında kəşfiyyat mexanizmlərinin tətbiqi barədə ATƏT-in sənədlərini onlara təqdim edib. Nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin danışıqların növbəti raundunu iyunda keçirməyə razı olduqlarını bildiriblər”.
Qeyd edək ki, həmsədrlərin açıqlamasında görüşün dəqiq vaxtı və yeri barədə məlumat verilməyib.