Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyası təsis edildi

Bu gün Bakıda “Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçirilib.

yknews.az Trend-ə istinadən bildirir ki, konfransda Azərbaycan QHT-ləri ilə yanaşı, Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistandan olan QHT-lər iştirak edib. Ermənistan QHT-si konfransa videokörpü vasitəsilə qoşulub.

Konfransda Ermənistanda yerləşən Metsamor atom elektrik stansiyasının region üçün törətdiyi təhlükədən danışılıb. Konfransı giriş sözü ilə açan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, Metsamor bütün region üçün ciddi təhlükə törədir.

O qeyd edib ki, 1976-cı ildə istifadəyə verilən bu stansiyanın istismar müddəti artıq çoxdan bitib və hər an stansiyada baş verə biləcək hadisə region üçün böyük faciəyə gətirə bilər. T.Zeynalov bütün konfrans iştirakçılarını bu faciənin qarşısını almaq, Çernobulda, Yaponiyada baş vermiş atom faciəsinin regionda baş verməsinin qarşısını almaq üçün Metsamor stansiyasının fəaliyyətini dayandırmaq üçün birgə səy göstərməyə çağırıb.

Konfransda çıxış edən Azərbaycan Radiasiya Problemləri İnstitutunun professoru Rauf Sərdarlı bildirib ki, istismar müddətini çoxdan başa vurmuş Metsamor atom elektrik stansiyası regionun təhlükəsizliyi üçün böyük risk daşıyır.

Onun sözlərinə görə, stansiyada istifadə edilən avadanlıqlar çox köhnədir və istismar müddətini çoxdan başa vururub. R.Sardarlı bildirib ki, stansiyanın müdafiə sistemi hər an imtina edə bilər ki, bu da region üçün böyük faciənin baş verməsinə səbəb ola bilər: “Yaponiyada, Çernobılda baş verən faciələr göstərdi ki, heç kim atom faciəsindən sığortalanmayıb. Bu baxımdan köhnəlmiş avadanlıqlarla işləyən Metsamorda faciənin baş verə biləcəyi ehtimalı çox böyükdür”.

R.Sərdarlı Metsamor atom elektrik stansiyasının fəaliyyəninin dayandırılmasının vacibliyini vurğulayıb.

Konfransda çıxış edən İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut bildirib ki, Metsamor atom elektrik stansiyası region təhlükəsizliyi üçün böyük təhdiddir.

O qeyd edib ki, bu stansiyanın vaxtilə Azərbaycanın dinc əhalisinə qarşı soyqırım aktları, o cümlədən Xocalı soyqırımını törətmiş cinayətkar bir hakimiyyətin nəzarəti altında olması bu təhlükənin nə dərəcədə böyük olduğunu göstərir: “Bu stansiya təmsil etdiyim Yaxın Şərq regionu üçün də böyük təhlükə törədir. Hətta deyərdim ki, Metsamor dünya nüvə təhlükəsizliyi üçün böyük təhdiddir”.

O qeyd edib ki, bu gün nüvə təhlükəsizliyi dünyada mühüm əhəmiyyət kəsb edir. “Nəzərə alsaq ki, Metsamor terrorçu bir hakimiyyətin əlindədir, biz bu haqda təcili düçünməliyik”.

Konfrans videokörpü ilə qoşulan Ermənistanın “Beynəlxalq Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan “Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis edilməsinin vacibliyini qeyd edib. O, koalisiyaya qoşulduğunu bəyan edib.

V.Martirosyan deyib ki, Metsamor stansiyası təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə törədir. O qeyd edib ki, Avropa Birliyi bu stansiyanın dayandırılmasını təklif etdi, lakin bu istiqamətdə aparılan danışıqlar Ermənistan hakimiyyətinin pozucu fəaliyyəti nəticəsində dalana dirəndi.

V.Martirosyan bildirib ki, Metsamor seysmoloji baxımdan təhlükəli ərazidə yerləşir: “Bu baxımdan Metsamor dünyada ən təhlükəli atom elektrik stansiyasıdır. Stansiyada köhnə avadanlıqların olması bu təhlükəni daha da artırır. Bu baxımdan stansiyanın fəaliyyətinin dayandırılması üçün təkcə QHT-lər deyil, bütün beynəlxalq təşkilatlar təcili hərəkətə keçməlidir”.

Tədbirdə çıxış edən digər ölkələrin nümayəndələri də Metsamor stansiyasının region üçün və dünyanın nüvə təhlükəsizliyi üçün törətdiyi təhlükələrdən danışıb və bu təhdidin qarşısının dərhal alınmasının vacibliyini vurğulayıblar.

Sonda konfrans iştirakçıları “Stop Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis edilməsi haqqında bəyannamə imzalayıblar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930