Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“O, çoxdan Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətinə düşüb”

Almaniya Bundestaqında qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi qəbul edilib.

 Almaniya parlamentinin bu addımı ilə bağlı Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayevin müsahibə verib.

Strateq.az Teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir:

– Rövşən bəy, Bundestaqda qəbul olunan qətnaməyə münasibətinizi bilmək istərdik…

– Təəssüflər olsun ki, belə bir hal baş verdi. Bu, ədalətdən tamam kənar bir məsələdir. Bu, daha çox siyasi qərardır və çox pis bir haldır ki, Almaniya kimi dövlətin parlamenti tarixi faktları araşdırmadan bu cür ədalətsiz mövqe tutdu. Amma düşünmürəm ki, bunun arxasında yenə də nələrsə olacaq. Bu, sadəcə erməni lobbisinin fəaliyyəti nəticəsində reallaşdırılan bir məsələdir. Bundestaqda Cem Özdəmir adlı milliyyətcə çərkəz olan bir millət vəkili var. O, şəxsi maraqlardan irəli gələrək belə bir qətnamə layihəsi hazırlayıb. Yəni bu, elə bir iş deyil deyil ki, o, bunu təkbaşına edə biləydi. Əgər bu, ədalətli mövqe olsaydı, təbii ki, burda nəsə danışmaq olardı. Amma bu ədalətdən kənar olduğu üçün inanmıram ki, hansısa nəticə doğursun. Bu, siyasi bir qərardır. Mən düşünürdüm ki, onlar belə bir iş görməzlər. Amma təəssüflər olsun ki, bunu edə bildilər.

– Həmin deputatı necə xarakterizə etmək olar?

– Cem Özdəmir çoxdan Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətinə düşən bir millət vəkilidir. Başqa sözlə desək, erməni kəşfiyyatının əlaltısıdır və o da bu layihəni onların təkidi ilə irəli sürüb və ardınca da erməni lobbisi bu işi qura bilib. Düşünürəm ki, bu qətnamənin qəbulu yaxşı hal olmasa da, heç də böyük bir problem yaradacaq məsələ deyil.

– Nə mənada problem yaradan məsələ deyil?

– Yəni bu siyasi, tarixə söykənməyən bir qərardır. Burda başqa nə ola bilər ki? Heç nə olan deyil.

– Bəs, Almaniya ilə Türkiyə arasında münasibətlər necə olacaq?

– Ölkələr arasındakı münasibətlərə təbii ki, müəyyən qədər yenidən baxılacaq. Bu, məlum məsələdir. Bu qədər ədalətsiz mövqe sərgiləmək o qədər də yaxşı hal deyil.

– Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və üzvləri bu qətnamənin qəbulunu əngəlləmək üçün hansısa işlər görürdülərmi?

– Təbii ki, görürdük. Bu ilin aprelində Fuad Muradov və Rasim Musabəyovla birgə Almaniyada ezamiyyətdə olduq. Bundestaqda görüşlər keçirdik və öz mövqeyimizi səsləndirdik. Təbii ki, biz bunu etdik. Əgər onlar ədalətin bərpasını istəyirdilərsə, ilk növbədə Xocalı soyqırımı ilə bağlı danışmaları daha uğurlu olardı. Amma təəssüflər olsun ki, bu gün Bundestaqda başqa düşüncələr yer ala bildi.

– Həmin vaxt layihə gündəmdə var idi?

– Gündəmdə yox idi. Amma təbii ki, o barədə danışılırdı.

– Türkiyə Böyük Millət Məclisindəki Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar Bundestaqın belə addım atacağı təqdirdə Almaniya ilə əlaqələrin kəsiləcəyini bildirib…

– Təbii ki, Türkiyə bu məsələ ilə bağlı öz mövqeyini bir daha səsləndirməlidir. Çünki Almaniya sıradan bir dövlət deyil.

– 1915-ci il olaylarının baş verdiyi zaman Osmanlı dövləti ilə Almaniya müttəfiq olub. İki ölkə arasındakı münasibətlər də hər zaman yüksək səviyyədə olub. Bu baxımdan belə bir qətnamənin qəbul olunmasının şok effekti yaratdığını söyləmək mümkündürmü?

– Mən burda heç bir şok effekti görmürəm. Amma yaxşı hal da deyil.

– Yəni qətnamənin təsirləri baxımından onun şok effekti doğurmayacağı düşüncəsindəsiniz?

– Ciddi təsiri olmayacaq. Amma müəyyən qədər mənfi təsirləri olacaq.

– Almaniya hazırda ATƏT-ə sədrlik edən dövlətdir. Bu baxımdan məsələ bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

– Bax, görürsüz, böyük problemlər var. Qarabağ və digər 7 rayonumuz işğal altındadır, Azərbaycanın ərazi bütövlüyü təmin olunmur. Bu problemləri bir kənara qoyub lazım olmayan məsələlərə diqqət yetirirlər. Yəni, o deputatların iş vaxtları bu cür lazımsız hərəkətlərə yönəldilir. Ədalətli mövqe olsaydı, onlar məsələyə təbii ki, başqa cür yanaşardılar. Amma burda ədalətli mövqe olmadığından təəssüflər olsun ki, bu cür hallar baş verir. Ədalətdən danışan adamlar bugünki problemlərlə də bağlı mövqeyini səsləndirməli idilər. Amma biz görürük ki, bu belə deyil.

– Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində hər zaman Almaniyanın mövqeyini təqdir etmişik…

– Bəli, bu həqiqətdir. Onlar Azərbaycanın ədalətli mövqeyini hər zaman, hər yerdə səsləndiriblər.

– İndi bu məsələdə də dəyişiklik ola bilərmi?

– Yox, mənə elə gəlir ki, olmayacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930