Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Məşhur yazıçı Qabriel Qarsia Markes:”Gərək, əlamətlərə inanasan”

Azadlıq Radiosunun “Oxuzalı.az” ədəbiyyat portalı Nobel mükafatlı yazıçı Qabriel Qarsia Markeslə yaxın dostu, həmvətəni, yazıçı Plinio Apuleyo Mendozanın söhbətlərindən bir hissəni ingiliscədən azərbycancaya tərcümə edib. İxtisarla verilmiş həmin müsahibəni oxucularına da təqdim edirik:

 

– Bir dəfə demişdin ki, “əgər sən Allaha inanmırsansa, heç olmasa gərək əlamətlərə inanasan”. Bu, səndən ötrü ciddi mövzudur…

– Çox ciddi.

– Niyə?

– Mən əminəm ki, əlamətlərə inanmağın, yaxud əksəriyyətin “əlamətlərə inanmaq” adlandırdığı nəsnənin təbiət qüvvələri ilə bağlılığı var. Amma rasional düşüncə (məsələn, Qərbdəki) bunu rədd edir.

– Gəl, bunun ən geniş yayılmış nümunələrindən başlayaq. 13 rəqəmi. Onun nəhsliyinə inanırsan?

– Məncə, əslində, əksinədi. Bilənlər bilir və bunu nəhs əlamət kimi ona görə təqdim edirlər ki, (amerikanlar onu ümumiyyətlə çıxdaş ediblər, orda otellərdə onikinci mərtəbədən sonra ondördüncü gəlir) başqa heç kəs ondan istifadə etməsin və xeyrini yalnız özləri görsünlər. 13 doğrudan da xoşbəxtlik gətirir. Qara pişik, nərdivan altından keçmək də onun kimi.

– Sənin evində həmişə sarı güllər olur. Nədir onların əhəmiyyəti?

– Yan-yörəmdə sarı güllər olarsa, mənə heç vaxt heç bir bədbəxtlik üz verməz. Tam təhlükəsizlik üçün mənə bir sarı gül lazımdı (sarı qızılgül lap yaxşı olardı), bir də qadınlarla əhatə olunmaq.

– Mersedes (yazıçının həyat yoldaşı – tərc.) həmişə sənin masana qızılgül qoyur?

– Həmişə. Bir neçə dəfə olub ki, yazmağa çalışımışam, amma alınmayıb, ilişiib qalmışam, vərəqi vərəq dalınca atmışam, səbəbini güldana baxanda anlamışam… qızılgül olmayıb. Qışqırıb gül istəmişəm, gətiriblər və iş ondan sonra axarına düşüb.

– Sarı rəng sənə düşür?

– Sarı rəng – hə, amma qızıl – yox. Qızılı rəng yox. Məndə qızıl yalnız bir assosiasiya doğurur: nəcis. Mən o nəcisi uşaq vaxtından özümdən uzaq tutmağa çalışmışam. Bunu mənə psixoanalitik də deyib.

– “Yüz ilin tənhalığı”ndakı surətlərdən biri qızılı it nəcisinə oxşadır.

– Hə, Xose Arkadio Buendia başqa metalları qızıla çevirməyin formulunu tapanda və təcrübənin nəticəsini oğluna göstərəndə deyir: “Lap it nəcisinə oxşayır”.

– Deməli, sən heç vaxt qızıl taxmırsan?

– Heç vaxt. Nə saat, nə zəncir, nə qızıl üzük, nə də qolbağ. Mənim evimdə heç bir qızıl əşya görməzsən.

– Venesuelada həyatda bizə böyük kömək olacaq bir şeyi də öyrəndik, o da pis zövqlə uğursuzluğun əlaqəsidir. Venesuelalıların leksikonunda uğursuzluq gətirmək və yerə-göyə sığmayan adamlar, dəbdəbəli əşyalar, iddialı davranışlar barəsində işlədilən bir söz var: “pava”.

– Hə, bu, adi adamların özlərini “nouveaux riches” (qəfil varlananlar – tərc.) zümrəsində “fontan vuran” pis zövqdən qorumaq üçün yaratdıqları qeyri-adi müdafiə mexanizmidir.

– Sən o cür “pava”lı şeylərin tam siyahısını da tutmuşdun, elə deyilmi? O siyahıdan yadına nələr düşür?

Ən çox gözə girən, ən aydın olanı qapıların arxasındakı iri balıqqulaqlarıdır.

– Evlərdəki akvariumlar…

– Plastik güllər, tovuzquşular, o bəzəkli Manila şalları… Siyahı çox uzundu.

– İspaniyadakı restoranlarda müştəriləri əyləndirən, uzun qara plaş geyən gəncləri də demişdin.

– Tələbələrin musiqi qrupları. Bundan betər “pava” yəqin çətin tapılar.

– Rəsmi libaslar da?

– Hə, amma bunun da dərəcəsi var. Məsələn, frakın “pava”sı smokinqdən çoxdu, amma redinqotdan azdı.

– Nə vaxtsa frak geyinmisən?

– Heç vaxt.

– Heç vaxt geyinməyəcəksən? Bəs Nobel alsan, neyləyərdin?

– Mən indiyəcən mərasimlərdə iştirak etməyim üçün frak geyinməyəcəyimi şərt kimi qoymuşam. Əlimdən ayrı nə gələ bilər ki. Frak – uğursuzluq gətirir.

– Biz “pava”nın bir qədər zəif formalarını da tapmışdıq. Məsələn, sən əminsən ki, lüt siqaret çəkmək uğursuzluq gətirmir, amma lüt gəz-gəzə siqaret çəkmək gətirir.

– Ayağında ayaqqabı lüt gəzişmək də.

– Şübhəsiz.

– Yaxud da ayağında corab sevişmək. Ən təhlükəli şeydi. Heç vaxt alınmayacaq.

– … Bir yazıçı var, hara getsə, “pava”sını da özüylə aparır. Adını çəkməyəcəm… Belə adamlarla qarşılaşanda neyləyirsən?

– Çalışıram onlardan uzaq olum. Ən əsas da mən onlarla eyni məkanda yatmıram. Bir neçə il əvvəl Mersedeslə Costa Bravadakı bir şəhərdə ev kirələmişdik. Çox keçmədi ki, qonşuluqdakı qadının – yaxınlaşıb bizə salam verərdi – “pava”sı olduğunu yəqin etdik. Mən orada yatmaqdan imtina etdim. Gündüzü orda keçirirdim, gecəysə evdən çıxırdım. Dostumun evində yatırdım. Mersedesi boğaza yığmışdım, amma neyləmək olardı…

– Gəl xoşladığın şeylərdən də danışaq. Qadın jurnalları üslubunda. Adətən, Kolumbiyada gözəllik kraliçalarına verilən suallara səndən də cavab istəmək əyləndiricidir. Ən çox sevdiyin kitab hansıdır?

– “Kral Edip”

– Sevimli bəstəkarın…

– Bela Bartok.

– Sevimli rəssamın…

– Qoyya.

– Heyran olduğun rejissor…

– Orson Uels. Xüsusən də “Ölümsüz hekayət”ə görə. Bir də Kurosava. “Qırmızı saqqal”ına görə.

– Sənə ən çox ləzzət edən film…

– Rosselininin “General della Rovere”si.

– Bir ayrısı.

– Trüffonun “Jül və Cim”i.

– Ən çox hansı film qəhrəmanını yaratmaq istərdin?

– General della Rovereni.

– Hansı tarixi şəxsiyyət səni daha çox maraqlandırır?

– Yulius Sezar. Amma yalnız ədəbiyyat nöqteyi-nəzərindən.

– Bəs hansından zəhlən gedir?

– Xristofor Kolumbdan. Əsl “pava”lı, bax, odur. “Patriarxın payızı”ndakı surətlərdən birinin təbirincə desək.

– Sənin sevimli ədəbi qəhrəmanların…

– Qarqantua, Edmond Dantes və qraf Drakula.

– Sevmədiyin gün…

– Bazar günü.

– Bilirik ki, sevdiyin rəng sarıdır. Sarının hansı çaları?

– Mən bunu bir dəfə belə təsvir etmişdim – Günorta saat üçdə Yamaykadan görünən Karib dənizinin sarısı.

– Və ən çox sevdiyin quş…

– Bunu da demişəm: Canard à l’Orange (ördək ətindən fransız yeməyi… – tərc.).

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930