Daha bir erməni hərbçi öldü
Ermənistan ordusu daha bir hərbi qulluqçusunu itirib.
Ermənistan KİV-i xəbər verir ki, hadisə Qarabağın şimal-şərq istiqamətində baş verib.
Hərbçi Xoren Arutunyan (1997-ci il) başından güllə yarası alaraq ölüb.
Onun ölümünün səbəbləri ilə bağlı araşdırmalar aparılmağa başlanıb.