Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“”ASAN Viza” Azərbaycanın imici olacaq”

Prezident İlham Əliyev iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən, bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək.

Bu məsələnin hansı üstünlükləri var?

Suallarımıza cavab tapmaq üçün Milli Məclisin Gənclər və idman komitəsinin sədri, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının rəhbəri Fuad Muradova müraciət etdik.

–  Fuad müəllim, Milli Məclisin komitə rəhbəri olaraq tez-tez xaricdə olursunuz. Eyni zamanda, mütəmadi əcnəbi qonaqlarınız olur. “ASAN Viza”anın görəcəyi işlər viza məsələsində hansı yüngülləşdirmələr edəcək?

 Son illər ölkədə həyata keçirilən islahatlar yalnız milli və regional xarakter daşımır. Azərbaycanda aparılan işlər qlobal əhəmiyyətə malikdir və ölkəmizi dünyanın qabaqcıl ölkələri sırasına qoşub. Hesab edirəm ki, yeni yaradılan “ASAN Viza” da bu islahatların tərkib hissəsidir. Heç kimə sirr deyil ki, turistin hansısa ölkəyə gəlməsi üçün bir nömrəli şərt vizadır. Hətta deyərdim ki, ölkə barədə ilk təəssürat elə bundan başlayır. Uzun müddətdir ki, bununla bağlı müəyyən problemlər var idi və müzakirələr aparılırdı. Azərbaycandan xaricə gedənlər, yaxud xaricdən ölkəmizə gələnlər çox olur.

Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, “ASAN Viza” o anlama gəlməməlidir ki, bu, məhz indiki dövrün dəyişikliyidir. Yaxud bu sahədə ciddi problemlərimiz var idi. Qətiyyən… Cənab Prezidentin siyasəti ondan ibarətdir ki, turistin ölkəyə gəlməsi üçün ilk növbədə onu qarşılayan mükəmməl infrastruktur olmalıdır. Çox sevindirici haldır ki, bu gün bizdə bütün infrastruktur var. Yəni düynayını istənilən ölkəsi ilə rəqabətə girəcək otellərimiz, xidmətimiz, yollarımız var. Ona görə də üzümüz ağdır və turistlər Azərbaycana rahat şəkildə gələ bilirlər.

Bir vaxtlar biz özümüz də viza məsələləri ilə bağlı tez-tez şikayətlər alırdıq. Bu gün Avropaya “Şengen” vizası almaq çox böyük əziyyət tələb edir. İngilətərə səfirliyindən 2 illik viza almağın qiyməti çox bahadır.

Cənab Prezidentin apardığı viza islahatı bütün dünyada qlobal viza sisteminin yaradılması ilə bağlı əvəzsiz addım və gözəl təcrübə ola bilər.

Prezidentimizin iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərman imzalayıb. Fərmana əsasən, bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Yəni, xarici vətəndaşlar, turistlər ölkəmizə səfər etmək istədikdə vahid “ASAN Viza” portalına müraciət edəcəklər, bütün zəruri informasiyalarını, sənədlərini təqdim edəcəklər və vizanı da həmin portal vasitəsilə elektron formada alacaqlar. Heç bir dövlət qurumuna və ya özəl təşkilata müraciət etmədən onlayn qaydada vizanı əldə etmək mümkün olacaq. Vizaların verilməsi prosesi üç gün ərzində həyata keçiriləcək

Azərbaycanın bu gün müharibə şəraitində olması və ölkədə müəyyən qüvvələrin maraqlarının olmasını nəzərə alsaq, “ASAN Viza” sistemin yaradılması çox təqdirəlayiq addımdır. Bu sistemin yaradılması həm ölkəyə turist axını yaradacaq, həm də turistlər haqqında dəqiq məlumatların olmasına gətirib çıxaracaq. Artıq viza verilməsi bundan sonra elektron şəkildə tətbiq olunacağına görə turistlərə hər şey rahat  olacaq.

Son zamanlar İngiltərə bütün ölkələdə öz konsulluqlarını bağlayaraq viza işini xüsusi şirkətlərə həvalə etmişdi. Həmin şirkətlər viza verməklə məşğuldur. Əgər vizanı daha tez almaq istəyirsənsə, 1000 manatdan da əlavə ödəniş etməli idin. Yox, əgər tez almaq istəmirsənsə 15 gün gözləməlisən.

Avropa ölkələri bu gün dünyada informasiya texnologiyaları baxımından yüksək inkişaf etmiş dövlətlər sayılır. Amma buna baxmayaraq hələ də orada “ASAN Viza” sistemi tətbiq edilməyib.

“ASAN Viza” Azərbaycanda ilk yanaşma olacaq ki, artıq viza işini dövlət qurumunda ayrıca bir xidmət həyata keçirəcək. Bu islahat çox mütərəqqi, Azərbaycana lazım olan və vaxtında atılan addımdır.

– Sizcə, bəs nəzarət məsələlərində problem yaranmayacaq ki?

– Bu sahədə ölkədə yaradılan yeni texnologiyalar güclü nəzarətə imkanı verir. Məsələn, barmaq izi və digər üsullarla konkret nəzarəti həyata keçirmək mümkün olacaq. Əkisnə, “ASAN Viza” sistemi həm şəffaflığı artırmağa və həm də prosesin tez həyata keçməsinə kömək edəcək. Bu baxımdan düşünürəm ki, nəzarət və digər məsələlərdə heç bir problem yaranmaz.

Artıq bizim ölkəmizin regionlarının əksəriyyətində otel problemi öz həllini tapıb.

İctimai iaşə və xidmət obyektlərində ən vacib olan məsələlərdən biri sanitar təmizlik məsələsidir. Cənab Prezidentin regionlardakı turizm infrastrukturuna şəxsən özünün nəzarət etməsi artıq bu sahədə olan problemlərin aradan qalxmasına, vəziyyəti yüksək səviyyədə olmasına gətirib çıxarıb. 

– Ümumən götürsək, “ASAN Viza” Azərbaycan və azərbaycanlılara nə verəcək ?

– Bizim xaricdə yaşayan soydaşlarımız da “ASAN Viza” sistemindən faydalana biləcəklər. Yəni bu sistem xarici ölkə vətəndaşı olan azərbaycanlılara da şamil ediləcək. Ümumi, qlobal formada “ASAN Viza” bir çox rahatçılığa yol açacaq. Əvvəllər bu sahədə çoxlu problemlər var idi. Dəfələrlə xaricdəki həmkarlarımızdan şikayətlər alırdıq. ASAN Viza” eyni zamanda Azərbaycanın bir imicidir.

Bir çox ölkələrə müqayisədə Azərbaycan yeganədir ki, elektron sahədə bu sistemi tətbiq edib. Artıq budan sonra turistlər ölkəyə rahat gələcək.

Turizm iqtisadiyyatın enerjidən sonra ən vacib sahələrindəndir. Azərbaycanın təbiəti, iqlimi, dənizi, meşəsi digər ölkələrlə müqayisədə 10 qat artıqdır.

– Bu yeni viza sistemi idman ölkəsi kimi Azərbaycana hansı töhfələri verəcək ?

– İdman yarışları və idmançılar üçün onsuz da əvvəldən asan və sadələşdirilmiş viza forması var idi.

Artıq bu yeni sistem isə idmançılarla yanaşı, onlarla birlikdə yarışlara gələn dostlarının, yaxınlarının işini asanlaşdırcaq. Bundan sonra Türkiyədən və digər yaxın qonşu ölkələrdən tanınmış idmançıları futbolçuları, komandaları, idman növlərini  Azərbaycana dəvət etmək asan olacaq. Təlim-məşq toplantıları, Avropa ölkələrindən də gələcək idmançıların iştirakı üçün müsbət təsir edəcək. 

– Bəs “ASAN Viza” xaricdəki diplomatik nümayəndəliklərimizin, konsulluqlarımızn işinə necə təsir edəcək?

– Əslində bu işlərlə bizim xaricdəki nümayəndəliklərimiz məşğul idilər. Artıq bundan sonra onlar “ASAN Viza” sistemi ilə birgə çalışacaqlar. Bir çox məsələləri  “ASAN Viza” özü həll edəcək. Konsulluqlarımızın işi daha da yüngülləşəcək. 

Ağa AKİFOĞLU

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2016
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930