NATO-dan Qarabağ açıqlaması
“Mən Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə inanmıram”.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Jens Stoltenberg bildirib.
Stoltenberg NATO-nun aprel hadisələrinə laqeyd qalması məsələsini də şərh edib.
“Mən hər iki tərəfə atəşkəsə hörmət etməsi üçün müraciət etdim. Biz Dağlıq Qarabağ münaqişəsinin həlinin danışıqlar yolu ilə həllinin vacibliyini təsdiq edirik və atəşkəs rejiminə hörmət etməyə çağırırıq”, – deyə o bildirib.