Həmsədrlər prezidentlərin yeni görüşü üçün Parisə toplanır
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 2-də Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan təsdiqləyib.
“Görüş iyunun 2-də Parisdə keçiriləcək”.
Balayan görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparılacağı və prezidentlərin yeni görüşü barədə fikir mübadiləsi aparılacaq.