Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Talış yüksəklikləri yox, Ömər aşırımı alınsaydı…”

Bu gün Ermənistanda politoloqların və ekspertlərin iştirakı ilə keçirilən “Qafqaz-2016” konfransında əsas müzakirə mövzusu Qarabağda aprelin əvvəllərində gedə döyüş əməlyyatları olub. Erməni ekspertlər və politoloqlar, habelə erməni mövqeyindən çıxış edən bəzi rusiyalı ekspertlər bu döyüşlərin hərbi-siyasi nəticələrini müxtəlif rakurslardan şərh ediblər.

Məsələn, politoloq, İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan deyib ki, həmin hadisələrə dair “dördgünlük müharibə” ifadəsinin işlədilməsi düzgün deyil. “Bu, müharibə deyildi, eskalasiya, hərbi əməliyyatlar idi, məhdud vasitələr tətbiq edilmişdi və Azərbaycan tərəfinin məqsədi də məhdud idi. Müharibə belə olmur, bütün cəbhə boyu müdafiə xəttinin yarılması başqa cür olur. Vasitələr hərbi , ancaq məqsəd siyasi idi”-İsgəndəryan deyib.

Həmin institutun departament rəhbəri Sergey Minasyan isə hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun nəzarətinə keçən ərazilərin əhəmiyyəti haqda danışıb. Onun sözlərinə görə, hələ təmas xəttinin yekun demarkasiyası tranşeylərlə müəyyən edilməyib. Azərbaycan tərəfi bu ərazilərin mühüm əhəmiyyət kəsb etdiyini deyir, Ermənistan isə bildirir ki, itirilmiş ərazilərin strateji əhəmiyyəti yoxdur.

Minasyan müqayisə üçün deyib ki, əgər Azərbaycan ordusu Talış kəndi ətrafındakı dağları deyil, Kəlbəcərdəki Ömər aşırımını ala bilsəydi bunun daha böyük əhəmiyyəti olardı. “Hərbi baxımdan bu ərazilərin taktiki əhəmiyyəti yoxdur, ancaq şimal yüksəklikləri imkan verir ki, Mataqis kəndini nəinki artilleriyadan, eləcə də atıcı silahlardan atəş altında saxlamaq mümkün olsun”-Minasyan deyib.

Rusiyalı politoloq Aleksandr Krılov isə deyib ki, məsələ Azərbaycanın geri aldığı ərazilərin əhəmiyyətində deyil. “Prinsipial əhəmiyyət daşıyan budur ki, Azərbaycan ilk dəfə torpaq geri alıb. Bu isə o deməkdir ki, situasiya erməni tərəfi üçün mənfi istiqamətdə inkişaf edir. Və Azərbaycan bu faktdan hərtərəfli istifadə edəcək”-Krılov bildirib.

Mühüm strateji əhəmiyyətə malik olan Ömər aşırımı 1993-cü il aprelin 3-də, Kəlbəcər rayonunun işğalının ardınca  Ermənistan ordusu və ona dəstək verən rus hərbi birləşmələri tərəfindən işğal olunub. Bununla da Azərbaycanın Qarabağa qapısı hesab edilən strateji əhəmiyyətli ərazilər, yüksək dağ aşırımları düşmənin nəzarətinə keçib.

Azərbaycan ordusunun 1993-cü ilin dekabrında başlayan qış hücum əməliyyatı zamanı olduqca ağır qış şərtlərinə, dondurucu soyuğa baxmayaraq 701-ci və 130-cu briqadaların şəxsi heyəti Ömər aşırımını geri alıb. Bunun ardınca uğurlu hücum əməliyyatlarını davam etdirən bömələrimiz Kəlbəcər rayonunun içərilərinə doğru irəliləməyə başlayıb. 1994-cü il yanvarın birinci yarısında ordumuzun bölmələri Kəlbəcərin 12 kəndini düşməndən azad edə bilib və strateji əhəmiyyətli Kəlbəcər-Ağdərə yolunu kəsib. Həmin döyüşlər zamanı yanvarın 21-22-də Kəlbəcərin Çaplı kəndi yaxınlığında erməni ordusunun Eçmiədzin batalyonu 250-300 nəfər şəxsi heyəti ilə mühasirəyə alınıb və tam məhv edilib, 30-a qədər erməni hərbçisi əsir götürülüb.

Lakin müəmmalarla dolu həmin qış əməliyyatı zamanı Kəlbəcər rayonunun içərilərinə doğru irəliləyən bölmələrin təchizatı, yaralıların evakuasiyası çətinləşib. Ehtiyat qüvvələrin köməyə göndərilməsi təmin edilməyib. Fevral ayında Ermənistan qüvvələri əks hücuma keçib və təchizat xəttindən uzaqlaşmış bölmələrimiz düşmən qarşısında köməksiz qalıb. Kəlbəcərə hücum edən briqadalardan biri mühasirəyə düşüb və məhv edilib, digəri döyüşlə mühasirəni yarsa da geri çəkilərkən qar uçqunlarına düşüb və ağır itkilər verib. Həmin hücum əməliyyatında Azərbaycan ordusunun 2 minə qədər əsgər itirdiyi təxmin edilir.

Hücum edən bölmələrə vaxtında kömək göndərilməməsi və təchizatın kəsilməsi ucbatından işğaldan azad edilmiş Kəlbəcər torpaqları yenidən düşmənin nəzarətinə keçib. Erməni qüvvələri irəliləyərək Ömər aşırımının bir hissəsini –strateji əhəmiyyətli yüksəklikləri yenidən ələ keçirib. Azərbaycan ordusu Murov aşırımında mövqe tutub.

1994-cü ilin Kəlbəcər döyüşlərində nə qədər ağır itkilər verilsə də Azərbaycan döyüşçülərinin  sərt qış şəraitində dəniz səviyyəsindən 3500 metr yüksəklikdə hücuma keçib düşməni Ömər aşırımından geri çəkilməyə məcbur etməsi də faktdır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031