Sərkisyan Qazaxıstana getdi
Ermənistan Prezidenti Serj Sərkisyan bu gün Astanaya gedib.
Axar.az xəbər verir ki, Sərkisyan burada Avrasiya İqtisadi Birliyinin (AİB) Yüksək Şurasının iclasında iştirak edəcək.
Görüşə digər AİB ölkələrinin rəhbərləri – Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan lideri Almazbek Atambayev qatılacaq.
Artıq Rusiya Prezidenti Vladimir Putinin də Qazaxıstanın “Akord” prezident iqamətgahında olduğu bildirilir.
Qeyd edək ki, əsas müzakirə mövzusu digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək olacaq.