Ermənilər Xocalıda uşaq bağçası AÇDILAR
Ermənilər işğal altında saxladıqları Xocalı şəhərində uşaq bağçasının açılışını ediblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, uşaq bağçasının tikintisi “Hayastan” ümumerməni fondunun Kanadanın Toronto şəhərində yerləşən dərnəyi tərəfindən maliyyələşdirilib.
Birmərtəbəli bağçanın tikintisinə 600 min dollardan artıq vəsait sərt olunub.
Mərasimdə erməni diasporunun nümayəndələri və “separatçı rejimin baş naziri” Ara Arutunyan da qatılıb.