Erməni deputatdan ETİRAF: “Orduda çatışmazlıqlar var”
Ermənistan parlamentinin deputatı, iqtidardakı Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan ordudakı korrupsiya faktları və yüksək rütbəli generalların həbsini şərh edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputat orduda çatışmazlıqların olduğunu etiraf edib.
“Düşünürəm ki, orduda çatışmazlıqlar var və bu çatışmazlıqlara görə bəzi şəxslər məsuliyyət daşımalıdır”.
Baqdasaryan korrupsiya faktlarının təkcə orduda deyil, ölkə həyatının bütün sferalarında aradan qaldırılmalı olduğunu deyib.