Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ulduz müharibələri qayıtdı: ABŞ Rusiyanın nüvə raketini kosmosda vuracaq

ABŞ-ın raketdən müdafiə agentliyi və Pentaqonun podratçısı “Reyteon” şirkəti ballistik raketləri kosmosda aşkarlayıb məhv etmək üçün nəzərdə tutulan SM-3 raketinin yeni modifikasiyasını sınaqdan keçirir. Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, sınaqlar başa çatdıqdan sonra raketlər tezliklə ABŞ-n Avropada raketdən müdafiə sisteminin tərkib hissəsi kimi Polşa ərazisində yerləşdiriləcək. Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın bu addımlarına cavab olaraq Polşanın Rusiya nüvə raketlərinin hədəfinə çevrildiyi haqda xəbərdarlıq edib.

SM-3 raketlərinin eni modifikasiyası olan SM-3IIA raketi orta və yaxın mənzilli ballistik raketlərin kosmik hündürlüklərdə aşkar edilərək kinetik zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Raketlərin Polşada yerləşdirilməsi Pentaqonun Avropada raketdən müdafiə proqramının bir hissəsi olan “Aegis Ashore” sisteminin tərkib hissəsi olacaq. Bundan əvvəl Pentaqon həmin sistemin elementlərindən birini-“Aegis” sahil kompleksini Rumıniya sahillərində yerləşdirib.

Pentaqon bildirir ki, SM-3IIA raketləri Rusiya, İran və digər bu kimi ölkələrin potensial raket hücumlarından Avropanın müdafiəsi üçün nəzərdə tutulub. Həmin raketlər Avropadakı hədəflərə buraxılan ballistik raketləri kosmosda məhv edəcək. SM-3IIA raketliyinin özəlliyi onun döyüş başlığı daşımamasındadır. Raket hədəfi kinetik zərbə ilə məhv edir, yəni ona dəyərək parçalayır.

Pentaqonun Avropada raketdən müdafiə sistemini yerləşdirməsi Rusiyanı olduqca narahat edir. Ötən həftə prezident Vladimir Putin xəbərdarlıq edib ki, Polşa və Rumıniya Rusiya raketlərinin hədəfinə çevriləcək. Onun sözlərinə görə, Moskva dəfələrlə xəbərdarlıq edib ki, cavab tədbirləri görməli olacaq. Lakin Vaşinqton və müttəfiqləri bu xəbərdarlığa məhəl qoymur. “Əgər dünənə qədər Rumıniya ərazisinin bir hissəsində hədəfdə olmağın nə demək olduğunu dərk etmirdilərsə biz bu gün öz təhlükəsizliyimizi təmin etmək üçün müəyyən tədbirlər görməli olacağıq”-Putin deyib. “Bu xəbərdarlıq Polşaya da aiddir”-o əlavə edib.

Putin deyib ki, ABŞ Avropada raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin Rusiyaya qarşı yönəlmədiyini deyir, ancaq buna heç kim inanmır. “Biz 2000-ci illərin əvvəllərindən təkrarlayrıq ki, cavab tədbirləri görməyə məcbur olacağıq. Lakin heç kim bizi eşitmir. Bizimlə danışıqlar aparmaq istəyən yoxdur”-Rusiya prezidenti deyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031