Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya Ermənistan AES-dən əldə olunan yanacağı emal edə bilər

“Rosatom” Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından əldə olunan yanacağın emalı ilə məşğul olmağa hazırdır.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın “Rosatom” şirkətinin Radioaktiv tullantılar, nüvə yanacağı emalı, nüvə və təhlükəli radiasiya müəssisələrinin istismarı üzrə direktoru Oleq Kryukov jurnalistlərə açıqlamasında deyib.

“Rosatom” Ermənistandan nüvə yanacağı  almağa hazırdır. İşlənmiş nüvə yanacağı və təhlükəli maddələrin, radioaktiv tullantıların istismardan çıxarılması Rusiyanın dövlət siyasətidir. Ermənistanda yanacağı yenidən emal etmək mümkündür”, – deyə Kryukov bildirib.

O deyib ki, danışıqlar aparılır, amma hələ konkret nəticələr yoxdur. “Hazırda emal olunacaq yanacaq Ermənistandadır”.

Rusiyanın yanacağını emal etmək istədiyi Ermənistanın Metsamor Atom Elektrik Stansiyası qəzalı vəziyyətdədir. Onun region üçün təhlükəsi, demək olar ki, bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib.  Stansiyanın son istismar müddəti bu il bitir. Amma  Avropa İttifaqı stansiyanın təcili şəkildə bağlanmasını tələb edir.

Ermənistan tərəfinin bu bəyanatlarından sonra Avropa İttifaqı (Aİ) bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracağını deyib. “Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmaması ilə bağlı mövqeyimizi bilirsiniz”, – deyə Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin rəsmi nümayəndəsi Mayya Kosyanoviç deyib. Azərbaycan tərəfi də dəfələrlə Metsamor Atom Elektrik Stansiyasının region üçün təhlükəli olduğu barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Metsamor Ermənistanın paytaxtı İrəvandan 35-40 km uzaqda yerləşir. Hazırda yalnız stansiyanın ikinci bloku işləyir. Onun gücü 407,5 mvt təşkil edir.

 

Aprel hadisələrindən sonra Ermənistan Azərbaycanı bir neçə dəfə atom silahı ilə hədələyib. Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahına sahib olduğunu deyib.

Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür. Baqratyan bu barədə nə isə əlavə izahat vermək niyyətində olmadığını bildirib: “Bizim atom silahı əldə etmək imkanımız var. Atom silahımız var”.

Baqratyanın çıxışından əvvəl də İrəvan Azərbaycanı “çirkli bomba” ilə hədələyib. Daha sonra “Daşnaksütyun” partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan demişdi ki,  Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlama verməyə əsası var.

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası

“Qrant Baqratyan danışdığını bilir. Sabiq baş nazirin belə bəyanat verməsinə əsas var. Biz, həqiqətən, atom energetikasını inkişaf etdirən ölkəyik. Amma başqa heç nə deyə bilməyəcəm. Bu, hərbi sirdir”, – deyə Armen Rüstəmyan bildirib.

O, Ermənistanda radioaktiv silah istehsal ediləcəyini də bildirib. “Kim deyib ki, bu, bizdə qadağandır? Kim deyib ki, biz silah istehsal etmirik?” – deyə Rüstəmyan bildirib.

Bütün bu iddialardan sonra nüvə texnologiyasına və müdafiə sahəsinə heç bir aidiyyəti olmayan bir Ermənistan rəsmisi, Təhsil və Elm Nazirliyinin elm üzrə dövlət komitəsinin sədri Samvel Arutyunyan  ölkəsinin hərbi sənayesinin olduğunu, amma atom silahlarına sahib olmadıqlarını dedi.

Onun sözlərinə görə, deputat Q.Baqratyanın Ermənistanın atom silahı olması barədə fikirləri doğru deyil: “Bizim ölkəmizdə heç bir atom silahı yoxdur və Ermənistan onu əldə etməyə də hazırlaşmır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031