Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qənirə Paşayeva türk dünyasını Almaniya parlamentinə etiraza SƏSLƏDİ

Deputat Qənirə Paşayeva Ərzurumda  4-cü Beynəlxalq Türk Şölənində dünyanın hər yerində yaşayan türkləri qondarma “erməni soyqırımı”nı müzakirəyə çıxarmağa hazırlaşan Almaniya Parlamentinə müraciətə, etiraza səsləyib.

Q.Paşayeva ilk öncə ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edərək Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib.

O, Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər.

Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.

Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə də çağırıb.

Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb və əsl həqiqətləri geniş yaymalı, Azərbaycan və Türkiyə əleyhinə yalanlara imkan verməməliyik deyib.

Millət vəkili Q. Paşayeva bütün Türk dünyasını qondarma erməni soyqırımı yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb.

Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” idddialarının müzakirəyə çıxarılacağı və qərar çıxarılacağı ilə bağlı xəbərlər hamımızı ciddi narahat etməlidir. “Bu iddiaların müzakirərə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan Türk insanı üçün böyük zərbədir.

Biz dədələrimizə qarşı bu cür böhtanların atılmasına icazə verməməliyik. Türk milləti heç bir zaman tarixində bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq.

Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib.

Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər.

Ona görə də biz dünyanın hər yerində daha da fəal olaraq yalanların qəbul edilməməsi, həqiqətlərin daha geniş yayılması üçün mübarizə aparmalıyıq.

Bizim Almaniyada yaşayan yüzminlərlə insanımız bu məsələdə fəallıq göstərərək bu müzakirələrin aparılmaması və ya hər hansı bir sənədin qəbul edilməməsi üçün Almaniya Parlamentinə müraciətlər, etirazlar göndərməli, fəal çalışmalıdırlar.

Eyni zamanda dünyanın hər yerində yaşayan gənclərimiz bununla bağlı öz etirazlarını sosial media üzrəindən və digər vasitələlərlə Almaniya millət vəkillərinə çatdırmalıdırlar.

 Bu istiqamətdə Türk dövlət və toplumları da ciddi addımlar atmalıdırlar. Biz hamımız birlikdə bu hallara qarşı mübarizəmizi daha da gücləndirməliyik”.

Q.Paşayeva Azərbaycanın qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.

Konfransın sonunda Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Cahan Holdinqin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031