Şuşada 45 min dollara ev satılır – FOTO
Ermənilər işğal altındakı Şuşada ev satışı ilə də məşğuldurlar. Erməni seqmentinə istinadən xəbər verir ki, Eduard adlı şəxs satışa qoyduğu evə 45 min dollar qiymət müəyyənləşdirib.
Həyət evi tam tikilib bitirilməyib. Bununla belə, evin 2 mərtəbədən və 300 kvadrat metr sahədən ibarət olduğu, həyətyanı sahəsinin isə 4 sotdan ibarət olduğu bildirilir.
Evin yerləşdiyi ərazinin qaz, elektrik enerjisi və müntəzəm su ilə təmin olunduğu bildirən Eduard yarımtikilinin Şuşanın dağlıq hissəsində yerləşdiyini qeydr.