Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Samo” Qarabağda hərbi çevriliş etməyə gəlir

Qondarma “DQR”in keçmiş “müdafiə naziri”, murdar əməlləri ilə (o cümlədən ermənilərin özlərinə qarşı) ad çıxarmış Samvel Babayan (“Samo”) Moskvadan müəmmalı şəkildə İrəvana qayıdan kimi sürətlə siyasi fəaliyyətə başlayıb. Xəbər verdiyimiz kimi “Samo” mətbuata ilk müsahibəsində aprel döyüşlərindəki uğursuzluqlara görə hakimiyyəti tənqid edib, Moskvada yüksək hərbi-siyasi dairələrlə yaxşı əlaqələr qurduğunu deyib və tezliklə Qarabağa qayıdacağını bildirib. “Çünki mənim əsas missiyam Qarabağla əlaqəlidir”-o deyib.

“Samo” 2000-ci ildə qondarma rejimin rəhbəri Arkadi Qukasyana sui-qəsd təşkil etdiyinə görə həbs edilmişdi və 4 il yarım Şuşa həbsxanasında saxlanıldıqdan sonra əfv olunmuşdu. O, 2005-ci ildə Ermənistana qayıdıb, siyasi fəaliyyətlə məşğul olmağa cəhd edib. Ancaq uğur qazana bilməyib və 2010-cu ildə Ermənistanı tərk edərək Rusiyaya yollanıb.

Ermənistan mətbuatı yazır ki, “Samo” Moskvaya gedəndə təxminən 15 milyon dollar borcu olub və bəzi məlumatlara görə onun Rusiyadan qayıtmasını təşkil edən hakimiyyət həmin borcları ödəyib. “Azadlıq” radiosunun erməni xidməti bildirir ki, “Samo” tezliklə Qarabağa yollanacaq.

Müşahidəçilərə görə “Samo”nun Qarabağa qayıtması oradakı vəziyyəti kəskinləşdirəcək. Çünki bir vaxtlar Qarabağda özünü “baş komandan” elan edib bütün hakimiyyəti ələ alan “Samo” elə belə geri qayıtmır. Onun keçmiş səhra komandirlərindən ibarət tərəfdarları “Samo”nun silahlı qüvvələrə komandanlıq etməsinə çalışırlar. Gözləmək olar ki, “Samo” Qarabağa tək qayıtmayacaq, “Şuşa” batalyonunun komandiri olmuş Jirayr Səfilyan kimi radikal hərbçilər da ona qoşulacaq.

Belələri durmadan Azərbaycanla müharibəyə başlamağa, yeni ərazilər işğal etməyə çağırır. Gözləmək olar ki, “Samo”nun tərəfdarları təkcə keçmiş səhra komandirləri deyil, Qarabağdakı erməni işğalçı qüvvələrin komandir heyəti arasında da onun radikal mövqeyinin dəstəkçiləri tapılacaq. Nəticədə “Samo” öz tərəfdarlarını toplayıb Qarabağda hakimiyyəti ələ alacaq, ən azından özünü “müdafiə naziri” elan edəcək.

Artıq Qarabağda “Samo”nun hakimiyyətə qayıtması üçün imza toplamağa başlayıblar. Qondarma rejimin “parlamentinin” müxalif “deputatı” Ayk Xanumyan deyib ki, Samvel Babayan hökmən vəzifə tutmalıdır. “Əgər də o Qarabağda olsaydı dördgünlük müharibədə bu qədər itki verməzdik”-Xanumyan deyir.

“Samo”nun hərbi vəzifə tutmasının mümkünlüyünə münasibət bildirən müdafiə naziri Seyran Ohanyan isə deyib ki, hazırda Ermənistan ordusunda bütün vəzifələr komplekləşdirilib. “Komandir, general heyəti öz yerindədir, vəzifələrini icra edir. Samvel Babayan Qarabağ üçün iş görmək istəyirsə heç kim ona mane olmayacaq. Vəzifə məsələsini isə mən həll etmirəm”-Ohanyan bildirib.

İstisna deyil ki, “Samo”nun Qarabağda hakimiyyəti ələ almasına eks-prezident Robert Köçəryan və qruplaşması da dəstək verəcək. Artıq Köçəryanın düşərgəsində “Samo” il əməkdaşlığı mümkün hesab edirlər.

Analitiklərə görə “Samo”nun İrəvana qayıtmasının Moskvadan aldığı tapşırıqla bağlı olduğu istisna deyil. Eyni zamanda Ermənistan hakimiyyətinə “Samo”nun qayıtması aprel döyüşlərindən sonra döyüş ruhunu qaldırmaq üçün lazımdır. Sərkisyan aprel uğursuzluqlarına görə bir neçə generalı işdən qovub, orduda həbslər aparılıb. “Samo” murdar əməlləri ilə tanınsa da indi döyüş ruhunu qaldırmaq üçün onun kimi qondarma “qəhrəmanlara” ehtiyac var.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031