Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Generalımızın “İrəvanı vura bilərik” açıqlaması Rusiyada ciddi narahatlıq doğurdu

Ehtiyatda olan polkovnik-leytenant: “Azərbaycan iyun ayına hərtərəfli hazırlıqlar görüb, Ermənistan danışıqlar prosesini pozacaqsa, düşmənə çox ağir zərbə endiriləcək”

Azərbaycan Silahlı Qüvvələrinin raket və artilleriya qoşunlarının komandanı, general-mayor Zahid Hüseynovun bu günlərdə ordunun raket arsenalının gücləndirilməsinə dair verdiyi açıqlamalar Rusiyanın ekspert dairələrində müzakirəyə çıxarılıb. 
 
Bu barədə Virtualaz.org saytı məlumatında deyilir ki, general Azərbaycan silahlı qüvvələrinin arsenalının 200, 300 və 500 kilometr radiuslu operativ-taktiki raketlərlə gücləndirilməsinə dair tədbirlərin görüldüyünü açıqlayıb. Eyni zamanda komandan deyib ki, Azərbaycanın silahlanmasında olan atəş sistemləri İrəvana zərbə endirməyə imkan verir. “Ali Baş Komandan əmr versə, biz İrəvana da zərbə endirə bilərik”-general əlavə edib.
Azərbaycanın raket arsenalına dair generalın açıqlamaları Rusiyada müzakirələrə səbəb olub. Virtualaz.org-un məlumatına görə, “Svobodnaya pressa” portal bu bəyanatı şərh edərək bildirir ki, rəsmi məlumatlara görə, Azərbaycanın quru qoşunlarının silahlanmasında “Toçka-U” taktiki raket kompleksləri var. Bu raketlərin zərbə məsafəsi 70 kilometrdir, ancaq raket idarəolunan deyil və inersial yönləndirmə sisteminə malikdir. Bu səbəbdən dəqiqliyi aşağıdır. Habelə açıq mənbələrdə yer alan məlumatlara əsasən Azərbaycan İsraildən yüksək dəqiqlikli İMİ Extra taktiki raketlərini alıb, bu raketlər Lynx reaktiv yaylım atəşi sistemlərinin modulundan buraxılır. Maksimal uçuş məsafəsi 150 kilometrdir.
Strateji konyunktura Mərkəzinin direktoru İvan Konovalovun fikrincə, Azərbaycanın raket arsenalına dair bir çox məqamlar qaranlıqdır. “Rəsmi məlumatlara görə Azərbaycanın silahlanmasında 12 ”Toçka” taktiki raket kompleksi var, ancaq İsraildən Hava Hücumundan Müdafiə sistemləri ilə yanaşı EXTRA taktiki raketlərinin də alındığı haqda məlumatlar olub. Habelə Pakistan istehsalı olan orta mənzilli “Hatf-4″ raketlərinin alındığı haqda məlumatlar var”- ekspert deyib.
Rusiyanın hərbi-sənaye Komissiyasının Ekspert Şurasının üzvü, “Vətən arsenalı” hərbi jurnalının redaktoru Viktor Muraxovski isə iddia edir ki, Azərbaycan nisbətən aşağı qiymətə Şimali Koreyadan operativ-taktiki raketlər ala bilər. “Azərbaycan rahat şəkildə belə raketləri Çindən, Pakistandan, NATO ölkələrindən, məsələn, Türkiyədən ala bilər”. Bunu isə Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov deyib. Ancaq İvaşova görə, operativ-taktiki raketlərin tətbiqi elə də sadə deyil. Əgər həmin raketlər Ermənistan ərazisini hədəf alsa Rusiya öz müttəfiqini qorumaq üçün tədbirlər görəcək. Generalın fikrincə, Azərbaycan operativ-taktiki raketlər alsa, Rusiya Ermənistana “İsgəndər-M” raketlərini vermək barədə düşünməlidir. Ancaq məlumatlara görə, artıq Ermənistanda “İsgəndər-M” raketləri yerləşdirilib. “Rusiya mümkün olan hər şeyi etməlidir ki,Qarabağda hərbi əməliyyatlar yenidən başlamasın, ona görə də qüvvələr balansını saxlamalıdır” – İvaşov deyib. Ekspert onu da iddia edir ki, Azərbaycan Pakistanın istehsalı olan “Xatf-4″ ballistik raketlərini əldə edib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, əslinə qalsa, general Zahid Hüseynovun açıqlaması kifayət qədər yerindədir və məntiqlidir: “Bu mənada qoy hörmətli rusiyalı hərbi ekspertlər burada qeyr-adi nəsə axtarmasınlar. Zahid Hüseynov ona görə İrəvana zərbə endirə biləcəyimizi bəyan edib ki, ermənilər Azərbaycanı Mingəçevir SES-i, Bakı-Tiflis-Ceyhanı vurmaqla təhdid edirlər. Azərbaycan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının komandanı kimi o belə bir cavab verməli idi. Təbii ki, biz düşmənin hədələrinin qarşısında susmayacağıq. Daha yaxşı olardı rusiyalılar, konkret halda Leonid İvaşov və digərləri – onların arasında mənim tələbə yoldaşlarım Viktor Muraxovski də var – öz müttəfiqlərinə, işğalçı Ermənistana məsləhət gərəydilər ki, işğaldan əl çəkin, bu gərginliyə də son qoyulsun. Amma onlar deyir biz müttəfiqimizə ”İsgəndər-M” və ya S-300-lə kömək etməliyik. Deməli, Rusiya bu gərginliyin qalmasında maraqlıdır”. Hərbi ekspert xatırlatdı ki, Azərbaycan təkcə Rusiyadan silah ala bilməz: “Biz kiminlə lazımdırsa, onunla  əməkdaşlıq edirik və bu əməkdaşlıq hər hansı üçüncü tərəfə yönəlmir. Ermənistan bizi S-300-lə hədələyirsə, təbii ki, Azərbaycan lazımi addımları atacaq. General Zahid Hüseynovun da bəzi üstüörtülü açıqlamaları var. İstənilən halda düşmən sarsıdıcı raket zərbəsi alacaq. Azərbaycan çox rahat şəkildə İrandan 2 min km-likdəki hədəfi vura bilən raketlər də ala bilər. Mən Rusiyadan olan dostlara bizim generalın açıqlamalarını təftiş etməkdənsə, Ermənistanın ağıllı davranması üçün məsləhət verməsini istəyirəm. Onlar ermənilərə desinlər ki, bu cür ağılsız hərəkətləri ilə regionda vəziyyəti gəerginləşdirməsinlər.  Çünki vəziyyət gərginləşəcəksə, Ermənistan Azərbaycana qarşı hər hansı ağılsızlıq edəcəksə, düşmənə çox sərt cavab veriləcək. Təbii ki, Rusiya öz müttəfiqini qorumaq üçün hansısa addımlar atacaq. Amma erməninin həyasızlığına görə Rusiyanın da başı ağrıyacaq. Azərbaycan iyun ayına hərtərəfli hazırlıqlar görüb. Əgər işğalçı danışıqlar prosesini pozacaqsa, Azərbaycan düşmənə çox ağir zərbə endirəcək”.
Hələlik Rusiyadan verilən reaksiyalara Azərbaycanın rəsmi qurumlarından hər hansı reaksiya verilməyib və yəqin ki, olmayacaq da. Çünki rəsmi qurumlarımız adətən qeyri-rəsmi  mövqeləri şərh etməməyə üstünlük verirlər. Ancaq şübhə yoxdur ki, Azərbaycan Ermənistanın təmas xəttindəki fəallaşmasının, silah arsenalına yenilərini əlavə etmək cəhdlərinin və Rusiyadan verilən hərbi-siyasi dəstəyin qarşılığında ordumuzun yeni, müasir silah-sursatla təmin olunmasına daha çox diqqət yetirməyə davam edəcək. Azərbaycanın müdafiə naziri Zakir Həsənov İspaniyada, bu ölkənin xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə görüşündə  də ərazilərin azadlığının alternativinin olmadığını deyib. Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.
Artıq heç kimdə şübhə yoxdur ki, yay ayıları Qarabağ cəbhəsində çox gərgin və isti keçə bilər. Çünki iyun ayında prezidentlərin növbəti görüşü planlaşdırılıb və danışıqların nəticəsiz başa çatacağı halda döyüşlərin bərpası istisna olunmur. Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova da son açıqlamalarının birində deyib ki, iyun görüşü nəticə verməsə, Azərbaycan öz qəti qərarını verəcək. Bu qərarın nədən ibarət olacağını proqnozlaşdırmaq çətin deyil.
*     *    *
 
Nəticəsiz başa çatan Vyana görüşündən sonrakı görüşə ev sahibliyi edəcək ölkə kimi daha çox Rusiyanın adı  çəkilib. Hələlik görüşün konkret vaxtı və yeri bəlli olmasa da, iyun görüşü ilə bağlı rusiyalı politoloq Aleksandr Karavayev maraqlı fikirlər səsləndirib (“Bakı xəbər”  qəzeti).
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin ötən həftə Azərbaycana baş tutan səfəri fonunda ekspert bunları bildirib: “Dmitri Roqozinin Bakıya səfərinin bir məqsədi də Vladimir Putin – İlham Əliyev görüşünün hazırlanması olub. Bu haqda bir neçə mənbənin məlumatında da deyilirdi. Ehtimal ki, Əliyev və Sərkisyanın iyun görüşü olacaqsa, bu, Putinin himayəsi altında Rusiyada baş tutacaq”.
Apreldəki dördgünlük müharibədə atəşkəsə nail olan Rusiya sözsüz ki, hansısa nəticə əldə etmək üçün tədarük görəcək, çünki bu, həm də imic məsələsidir. Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə növbəti açıqlaması ilə diqqət çəkib. (Avropa.info) O, deyib Rusiya münaqişənin 2011-ci ildə Rusiya prezidenti tərəfindən hazırlanmış “Kazan düsturu” əsasında həll olunması üçün Azərbaycan və Ermənistana kömək məqsədilə hər cür səy göstərir. “Ermənistan özünü Rusiyanın Qafqazda ən vacib forpostu kimi görür, Rusiya isə Ermənistanı müttəfiqi kimi. Belə müttəfiqliyin haqqı çox bahadır, belə ki, bu müttəfiqlik üzündən Rusiyanın İrəvanla münaqişədə olan Azərbaycanla problemi çıxır, o cümlədən Türkiyə ilə”- ekspert əlavə edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunda yekun razılaşmalar üçün ciddi addımların atıla biləcəyini demişdi və artıq bütün komponentlər hazırin hazır olduğunu bildirmişdi. Müşahidəçilər hesab edir ki, burada ətraf rayonların azad edilməsi əksini tapa bilər. Hətta ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayına planlaşdırılan növbəti görüşündən müsbət nəticələr və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini gözləyir.
Lakin hazırda erməni tərəf sülhə hazır görünmür, hətta Qarabağa əlavə muzdlular cəlb olunur. “Münaqişənin həllinin əsas hissəsi qəbuledilməz və davamsız status-kvonun dəyişilməsi və erməni ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından ibarətdir”-bunu isə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib və Bakının prinsipial mövqeyini növbəti dəfə xatırladıb.
Politoloq Elxan Şahinoğlu da qarşıda gərginliklərin olacağını istisna etmir: “Bu, labüddür, çünki üfüqdə sülh görünmür. Ona görə də hər iki tərəf silah arsenalını artırır”. Ekspert xatırlatdı ki, Rusiya prezidenti Vladimir Putinin bölgəyə səfəri ilə bağlı konkret informasiya yoxdur. Ona görə də bu mövzuda nəsə demək çətindir. Ancaq politoloq iyun görüşünün Rusiyada baş tutacağını istisna etmədi: “İki variant var: ya Moskva yenə Kazanda hazırlanan sənədi ortaya qoyacaq, ya da Putin təlimatıyla nəsə yeni təkliflər hazırlanır. Bunun belə olub-olmadığını Putinin bölgəyə səfəri zamanı biləcəyik”.
İşğalçı ölkənin fəallığını və aqressiyasını şərh edən E.Şahinoğlu qeyd etdi ki, Ermənistan hakimiyyəti iyun danışıqlarına hazırlıqsız gedir: “Yəni Ermənistan prezidenti Serj Sərkisyanın 5 rayonu qeyd-şərtsiz boşaltmaq kimi fikri yoxdur, əvvəlkitək status məsələsindən ikiəlli yapışıb. Sərkisyan da bilir ki, iyundan sonra iyul və avqust ayları onun üçün və ölkəsi üçün ağır keçəcək. Ona görə də mümkündür ki, iyul və avqustu gözləmədən iyun ayı ərzində hansısa təxribata əl atsınlar. Məqsəd buna görə məsuliyyəti Azərbaycana üzərinə qoymaqdır. Çünki Ermənistanın təxribatına Azərbaycan ordusu yenə adekvat cavab verəcək. Sərkisyan düşünür ki, böyük dövlətlər bu dəfə rəsmi Bakıya təzyiq edib, atəşkəsə riayət etməyə çağıracaqlar. Rəsmi Bakı isə əksinə, iyun danışıqlarına qədər təmas xəttində sakitliyi qoruyacaq. Bunun bir səbəbi iyunun ortalarında Bakıda keçiriləcək Formula-1 yarışlarıdırsa, digər səbəbi Azərbaycanın danışıqlara sadiq qaldığını göstərməkdir. Ancaq iyun danışıqlarında nəticə olmazsa, kimsə bizdən atəşkəsə riayət edəcəyimizi gözləməsin”.
Ekspert ABŞ dövlət katibi Con Kerrinin son zamanlar xeyli fəallaşdığına da diqqət çəkdi. Onun fikrincə, görünür, ABŞ vitse-prezidenti Cozef Bayden Ukrayna ilə məşğul olduğu kimi, Kerri də dövlət katibi olaraq digər xarici siyasət məsələləri ilə yanaşı, Dağlıq Qarabağ məsələsini də diqqətdə saxlamağa çalışır. Ancaq E.Şahinoğluna görə, bu diqqətin münaqişənin ədalətli həllini sürətləndirəcəyini söyləmək çətindir. Əks halda Vaşinqton İrəvanı münaqişənin həlliylə bağlı “mərhələli həll” planına razı salmalı idi. Vaşinqtonun bu siyasəti isə müşahidə olunmur – baxmayaraq ki, Qarabağla bağlı ABŞ-Rusiya rəqabətinin getdiyi barədə iddialar var. Kreml bütün cəbhə boyu fəal görünür. ABŞ isə heç mart ayındakı Nüvə Sammitində iki prezidenti bir araya belə gətirə bilməmişdi…
 
Elşad PAŞASOY
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031