Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanda itirilmiş 800 hektar mübahisələri: “Tərtəri, Gəncəni tutarıq…”

Ermənistanda prezident Serj Sərkisyanın apreldəki 4 günlük müharibə zamanı 800 hektar ərazinin Azərbaycanın nəzarətinə keçdiyi haqda açıqlamalarından sonra mübahisələr səngimir. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, hakim Respublikaçılar partiyasının parlament fraksiyasının rəhbəri Vəhram Baqdasaryan jurnalistlər qarşısında əvvəlcə həmin 800 hektar ərazinin “səhralıqdan ibarət olduğunu və heç nəyə yaramadığını” deyib.

Lakin onun sözləri kəskin reaksiyalarla qarşılaşandan sonra deputat sözlərini başqa səmtə yozub. Deyib ki, həmin ərazilərin “səhralıq və heç nə yaramayan” olduğunu deməklə Azərbaycanın əldə etdiyi nəticələrlə qürrələnməməsinə çalışırdı.

Ermənistan Milli Məclisinin rəhbəri Qalust  Saakyan isə deyib ki, jurnalistlər Baghdasaryanın sözlərini yanlış anlayıblar. “Düşünürəm ki, onun sözləri səhb anlaşılıb. Təbii ki, bizim üçün torpaq itirmək ağırdır və Baghdasaryan məhz bu aspektdə danışıb,” deyə Saakyan bildirib.

Bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan  Vyana görüşündən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verərkən Erməistan tərəfinin itirdiyi 800 hektar ərazidən danışarkən belə demişdi: “Bu 800 hektara görə daha 35-40, yaxud 80 vətənpərvər oğlanı qurban verməyə dəyərdimi? Onlar hələ bizə lazım olacaqlar”

Həmin müsahibədən sonra fraksiya sədri Vahram Baqdasaryan bu mövqeyi müdafiə edərək bildirmişdi ki, əhəmiyyətsiz ərazilərə görə yeni qurbanlar verməyə dəyməz. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərin heç də 800 hektar  deyil, 2000 hektar olduğunu açıqlayıb.

Hakim Respublika partiyasından olan deputat Arakel Movsisyan isə deyir ki, bir metr də olsun torpaq itirilməli deyildi. Keçmiş səhra komandiri olan Movsisyan aprelin 2-də döyüşlər başlayanda öz dəstəsi ilə birlikdə Qarabağa yollanıb, təxminən ay yarım orada qaldıqdan sonra İrəvana dönüb. “Gözəl günlərin birində bu ərazilər geri qaytarılacaq”-Movsisyan itirilmiş ərazilərin qəfil əks-hücumla geri alınmasına eyhamla bildirib.

“Prezident hər şeyi açıq danışmalı deyil. Siz günlərin birində görəcəksiniz ki, həmin ərazilər, itirilmiş mövqelər qaytarılıb. Bir metr də olsun torpaq itirilməyəcək, nəzarətimizdəki ərazilər artacaq ki, azalmayacaq”-deputat deyib.

Arakel Movsisyana görə əgər Azərbaycan tərəfi apreldə nə baş verdiyi haqda danışmağı dayandırmasa erməni tərəfi dayanmayacaq, döyüş əməliyyatları ancaq itirilmiş ərazilər geri qaytarılandan sonra başa çatacaq. “Allah eləmiş bu dəfə ya Tərtərdə, ya Horadizdə, ya Beyləqanda, yaxud Kirovabadda (Gəncə) qələbəni qeyd edəcəyik”-Movsisyan deyib.

“Firəvan Ermənistan” partiyasından deputat, aprel döyüşləri zamanı Qarabağa yollanan və təzə geri qayıdan Rüstəm Qasparyan da itirilmiş ərazilərin “gec-tez geri qaytarılacağını” deyib. 90-cı illərdə gedən müharibənin iştirakçısı olan Qasparyan  bununla belə əlavə edib ki, həmin ərazilər həlledici rol oynamır. “800 hektar bir kəndin yarısıdır. Qarabağ yeddi rayonla birlikdə alınıb. Fakt budur ki, hazırda bir neçə mövqelər onların əlindədir və mənim fikrimcə bu müvəqqətidir”-Qasparyan bildirib.

Keçmiş səhra komandirləri və Qarabağ döyüşlərində iştirak edən keçmiş hərbçilər də bir ağızdan bağırır ki, itirilmiş əraziləri geri qaytarmaq lazımdır. Məsələn, kəşfiyyatçı Vova Vardanov Azərbaycanın əlində olan mövqelərin taktiki üstünlüyü haqda danışaraq deyib ki, həmin mövqelərdən Talış kəndini nəzarətdə saxlamaq olur. “Onlar bu mövqelərdən bizim onlarla hərbçimizi məhv edə bilərlər”-Vova deyib.

General Arkadi Ter-Tadevosyan da itirilmiş əraziləri geri almaq üçün hücum əməliyyatına başlamağa çağırıb. O, təsdiq edir ki, həmin ərazilər taktiki əhəmiyyətə malikdir.

Ermənistanda 800 hektar ətrafında gedən bu polemikalardan ortaya çıxan nəticə nədir? Nəticə budur ki,  heç ərazilərinin 20 faizi işğal altında olan ölkədə itirilmiş torpaqların geri qaytarılması tələbləri ictimaiyyət nümayəndələri, siyasətçilər və keçmiş hərbçilər tərəfindən bu cür kəskin polemika mövzusu deyil, Ermənistanda isə işğal edilmiş ərazilərin 800 hektarının itirilməsi siyasi zəlzələ effekti yaradıb. Göründüyü kimi Vyanada münaqişə ətrafında gərginliyin azaldılmasına dair əldə edilmiş razılaşmalar da Ermənistan hakimiyyətinin Azərbaycana qarşı müharibə və yeni ərazilər işğal etmək çağırışlarını səngitməyib. Hakim partiyanın deputatı Movsisyan isə daha həyasız bəyanat verərək Tərtəri, Gəncəni tutmaq çağırışları səsləndirir. Görünür bu çağırışlara və düşmənin təmas xəttində apardığı hazırlıqlara sərt cavab verməyin vaxtı çatıb…

Movsisyan və digərləri hələ 90-cı illərin eyforiyası altındadır və aprel döyüşləri onları möhkəm pərt edib, ancaq belə görünür ki, bu eyforiyanı soyutmaq üçün kifayət etməyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031