Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilərin “bombası” öz başlarında partlaya bilər

Azərbaycan Ermənistan AES-i bağlatmaq üçün hərəkətə keçdi; beynəlxalq quruma rəsmi müraciət ünvanlanıb

Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının region üçün törətdiyi təhlükə davam etməkdədir. Azərbaycan, Türkiyə və Gürcüstanı daim təhdid altında saxlayan və istismar müddəti bitən AES-lə bağlı beynəlxalq təşkilatların və ölkələrin susqunluğu suallar doğurur.
Artıq genişmiqyaslı “Stop Metsamor” kampaniyası başlayıb. AES-nin bağlanması ilə bağlı imzatoplama kampaniyasına start verilib. Ekspertlər hesab edirlər ki, Azərbaycan bu şəkildə fəaliyyətini davam etdirsə, yaxın zamanlarda “Metsamor” AES-nin bağlanmasına nail ola bilər.
Politoloq Qabil Hüseynli Ermənistan AES-i Azərbaycan bağlatmağının mümkün olduğunu bildirdi: “Bu tipli təhlükə dünyanın heç yerində demək olar ki, yoxdur. Çernobıl AES-də Ermənistandakı kimi idi. Onun tətbiq edilməsini qadağan etdilər. Ermənistanda Spitakda baş verən zəlzələdən AES-i ciddi xəsarət alıb. Düzdür, onun çatlaq və digər yerlərini kosmetik təmirlə üst-başını örtdülər. Hətta bu zəlzələnin törətdiyi fəsadlar bu günə qədər də qalmaqdadır. Rusiya orada müəyyən qədər təmir işləri apardı. Amma qoyulan 10 il müddət çoxdan keçib. Ermənistan yenidən kreditlər axtarır ki, təmir işləri aparsın, Rusiyanın bu sahədə olan şəxslərinin AES-nin işləməsi ilə bağlı təminatını alsınlar. Çalışırlar ki, daha 10 il istismar müddəti artırılsın. Amma atom stansiyalarına nəzarət edən Beynəlxalq Atom Enerjisindən İstifadə Agentliyidir. Azərbaycan artıq ora müraciət edib ki, Ermənistan AES bölgə üçün təhlükə yaratmaqdadır.
Hələ də onlardan bir cavab çıxmasa da, düşünürəm ki, tezliklə ”Metsamor”da onlar yoxlama aparacaqlar. Bu azmış kimi Ermənistan son zamanlar “çirkli atom bombası”na sahib olması barədə fikirlər səsləndirir. Bunun vasitəsilə Azərbaycanı məhv edəcəkləri barədə sərsəm iddialar səsləndirirlər. “Çirkli atom bombaları”nın hazırlanmasına girişiblər. İctimai rəyi azdırmaq üçün gah çirkli bombaların olduğunu, gah da hazırladıqlarını deyirlər.
Bütün bunlar onu göstərir ki, ermənilər belə bir şeyi etməmiş deyillər. Bundan əlavə, Ermənistan təhlükəli maddələri terrorçulara satmaq üçün də yollar axtarırlar. “Metsamor” AES-i təkcə təhlükəli olmaqla deyil, eyni zamanda, yanacaq maddələrinin terrorçularının əlinə keçməsi səbəbi ilə bütün dünya üçün problemdir. İŞİD dəfələrlə bildirib ki, çirkli atım bombaları əldə etmək qüdrətinə malikdir. Hətta deyirlər ki, bu silahları Avropanın qabaqcıl şəhərlərinə qarşı tətbiq edəcək. Ermənilərin PKK ilə əlaqələrinin ciddi olduğu faktdır.
PKK-nın da İŞİD-lə əlaqələri var. Demək PKK vasitəsilə Ermənistanın İŞİD-a “çirkli atom bombaları” ötürməsi elə də çətin deyil. Ermənilərə pul hazırda çox vacibdir. Bunu PKK vasitəsilə İŞİD-dan əldə edə bilər. Bütün bunlardan o nəticəyə gəlmək olar ki, “Metsamor” AES təkcə istismar müddətinin bitməsi, köhnəlmiş texnologiyaları ilə deyil, istifadə edilmiş yanacaqları müxtəlif terror qruplaşmalarına ötürmək baxımından təhlükəlidir. Gələcəkdə bunlar bəşəriyyət üçün ciddi təhlükələr yaradar. Bunun qarşısını almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi hərəkətə keçməli, bəşəriyyəti bu bəladan qurtarmalıdır”.
 
Politoloq bu məsələni Türkiyənin Azərbaycanla birlikdə Avropa Şurasında qaldırdığını da qeyd etdi: “Türkiyənin yaxın vaxtlarda Beynəlxalq Atom Elektrik Agentliyinə müraciəti gözlənilir. Çünki Azərbaycandan sonra Türkiyənin eyni addım atacağını istisna etmək olmaz. ”Metsamor” AES-i seysmik tərpənmə nəticəsində partlasa, 15 kilometrliyində yerləşən Türkiyə üçün daha ciddi təhlükə yaradar. Küləyin istiqamətindən asılı olaraq, bütün Cənubi Qafqazı öz təhdidi altına alacaq. Bu məsələ getdikcə aktuallaşır. Gürcüstan da tezliklə bu proseslərə qoşula bilər. Nəticə etibarı ilə Beynəlxalq Atom Elektrik Agentliyini bu məsələyə qoşub, Ermənistanın AES-ni bağlada bilərik”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031