Türkiyədə Alpaqut türk döyüş sənəti üzrə ilk seminar keçirildi.
22.05.2016 tarixində, Alpaqut Turan döyüş sənətinin müəllifi, Beynəlxalq dərəcəli idman ustası, Türk döyüş sənəti üzrə araşdırmaçı Kutsan Vasif Namazov Türkiyənin Bursa şəhərində ilk Türkiyə seminarı keçirmişdir. Seminarda Bursa şəhərinin idman klublarından, Samsun, Tekirdağ, Ankaradan bir neçə məşqçilər iştirak etmişdir. Seminar sonunda Türkiyədə Alpaqut Federasiyasının yaranması müzakirə edilmiş və onun təsis yığıncağı təyin olunmuşdur.
Türkiyə LİNE TV də Müsahibə : https://www.youtube.com/watch?v=quVb7L00070&feature=youtu.be
Qeyd: Alpaqut Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Döyüş sənətinin adının anlamı “Alpaqut” (Alp: döyüşçü, Qut: qutsal (kutsal) – müqəddəs döyüşçü mənasındadır. Bu döyüş sənəti Türk xalqlarının döyüş sənətlərindən qaynaqlandığı üçün, Turan (Turan: türksoylu xalqların vətəni) sözü əlavə olunmuşdur.
Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan ALPAQUT (“Müqəddəs Döyüşçü”mənasını bildirir) adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014 cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014 ci il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, ALPAQUT idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Bu idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12.02.2014 cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq təşkilat kimi qeydiyyata alınmışdır. Dünya Alpaqut Federasiyasının prezidenti, Millət Vəkili Nizami Cəfərovdur. Bu beynəlxalq Federasiya 2014 cü ildən başlayaraq bir neçə beynəlxalq yarışlar həyata keçirmişdir. Federasiyanın Azərbaycan başda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Qırğızstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Rusiya (Ekatirinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.