Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Bakı Qarabağın azadlığı üçün…”-Kremlin gizli planı ilə bağlı PROQNOZLAR

“European Council on Foreign Relations” nəşri Rusiyanın 2030-cu ildəki vəziyyəti ilə bağlı proqnozlar dərc edib.

Publika.az xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı məqamlar yer alıb.

Federik Vesslau və Endrü Uilsonun həmmüəllifi olduğu məqalədə deyilir ki, qarşıdakı 14 il ərzində Rusiya Moldova, Ukrayna və Gürcüstanda mübarizəsini davam etdirəcək: “Azərbaycan, Belarus və Ermənistanda təsir dairələrini gücləndirməyə çalışacaq. Lakin bu mütləq şəkildə davam etməyəcək”.
Rusiya “sülhməramlıları” Qarabağa girir

Məqalədə bildirilir ki, Rusiya digər separat bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağda yaradılan qondarma rejimi dəstəkləmir: “Lakin sülh razılaşması çərçivəsində o, “sülhməramlılarını” regiona daxil edə bilər. Rusiya sonrakı dövrdə vəziyyəti olduğu kimi saxlamağa çalışacaq, lakin Azərbaycan və Ermənistanı bu yolla təsir dairəsində saxlamaq çətin olacaq. Ermənistan Rusiyadan çox güclü səviyyədə asılıdır. Azərbaycanın hərəkətləri isə müxtəlif variantlara bağlıdır. Xüsusilə Yaxın Şərq, Türkiyə və Avropa Birliyini birləşdirən siyasi tektonik lövhələrin yerdəyişməsində onun potensial müttəfiqlər dairəsi genişlənir”.
İrəvan Rusiyanı satacaq

Müəlliflər vurğulayır ki, önümüzdəki illərdə Belarus və Ermənistan Rusiya orbitindən çıxmağa çalışacaq: “Bu gərginliyi artıracaq. İrəvan Qərb tərəfinə keçəcək, Minskdə isə millətçi qüvvələr aktivləşəcək”.

Bakı ABŞ və Çinlə əməkdaşlığı böyüdəcək

Azərbaycana gəlincə, müəlliflər Bakının xarici siyasətdə şaxələndirilmiş istiqaməti davam edəcəyini düşünür.

“Azərbaycan ABŞ-a meylli olan dövlət kimi, Avropa Birliyi, Türkiyə, hətta Çinlə əməkdaşlığını davam etdirəcək. Bu müddət ərzində Azərbaycan Ermənistan tərəfindən zəbt edilmiş Dağlıq Qarabağın geri qaytarılması istiqamətində planlarını işə salaraq, ciddi addımlar atacaq. Ermənistanda isə ciddi etiraz aksiyaları başlayacaq. 2015-ci il etirazları da bunu göstərdi. Bu ölkənin iqtisadiyyatı daha da zəifləyəcək”, – deyə məqalədə bildirilir.

Dağlıq Qarabağda sülh

Məqalədə Dağlıq Qarabağ münaqişəsində sülhün ola biləcəyi də qeyd olunur: “Lakin Ermənistan və Azərbaycanın sülh imzalaması Rusiyanın regionda təsirlərini azalda bilər. Buna görə də Rusiya nizama salma prosesi çərçivəsində öz əsgərlərini regiona yerləşdirməklə, bunun qarşısını almağa çalışacaq”.

Qərb nə etməli?

Müəlliflər Qərbin regionda atmalı olduğu addımları da sadalayıb.

“Avropa Azərbaycan və Belarusa dəstək verməlidir. Lakin bu ölkələrlə müqayisədə Ermənistana hansısa dəstək vermək çox çətindir. Cənubi Qafqazda istənilən qeyri-sabitlik Qərbin maraqlarına ziddir. Ona görə də Qərb siyasi elitası Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almalı və nəzərə çarpan rol oynamalıdırlar”, – deyə müəlliflər bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031