Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya “Smerç”ləri və “TOS-1A” odsaçanlarını Ermənistana çatdırandan sonra nə baş verəcək…

Ermənistanın 200 milyon dollarlıq kredit hesabına  Rusiyadan aldığı silah-sursatın nə zaman ünvana çatdırılacağı hələ məlum deyil. Bu məsələ aprel döyüşlərindən sonra Ermənistanda az qala bir nömrəli mövzudur və jurnalistlər hər dəfə müdafiə nazirini, yaxud baş naziri və digər əlaqəli məmurları görəndə silahların nə vaxt çatdırılacağı haqda suallar yağdırırlar.

Sonuncu dəfə mayın 23-də müdafiə naziri Seyran Ohanyan bu haqda suala cavab verib. Deyib ki, kredit hesabına alınan silah və hərbi texnikanın daşınması üçün tədbirlər görülür, proses gedir. Lakin nazir silahların ilk partiyasının artıq Ermənistana daxil olduğu haqda təsdiqləyici heç nə deməyib. Bundan əvvəl baş nazir Ovik Abramyan silahların daşınması prosesinin artıq başladığını demişdi.

Ermənistana bu silahlar tələsik ona görə lazımdır ki, təmas xəttində itirdiyi mövqeləri bərpa etmək üçün balans yaratsın. Bununla belə Rusiyanın silahları Ermənistana çatdırmaq üçün tələsmədiyi də görünür. Silahlar güzəştli kreditlə, güzəştli qiymətə alındığından Rusiyanın əlində sifarişin yerinə yetirilməsini ləngitmək üçün çoxsaylı bürokratik rıçaqlar var.

Ancaq Kreml hazırda Qarabağ münaqişəsində tərəfləri danışıqlar masasına qaytarmaq gücündə olan yeganə oyunçudur və nəzərə alır ki, Ermənistan həmin silahları alandan sonra Rusiyanın bərpa etməyə çalışdığı danışıqlar prosesinə qayıtmaqdan imtina edə bilər. Çünki Ermənistanda aprel döyüşlərində itirilən ərazilərə görə qızğın debatlar gedir.

Serj Sərkisyan itirilən ərazilərin ölçüsünü açıqlayandan sonra ona qarşı hücumlar artıb. Keçmiş səhra komandirləri bir ağızdan bağırır ki, ordu hücuma keçib bu əraziləri geri almalıdır. Hətta aprel döyüşləri zamanı Qarabağa gələn “Yerkrapa” könüllülərinin bir hissəsi Vyana görüşündən sonra Sərkisyanın silahları təhvil verib geri dönmək barədə əmrini eşitməyib. Onlar bildirir ki, itirilmiş mövqelər geri alınana qədər Qarabağda qalacaqlar.

Bəs güzəştli kredit hesabına alınan silahlar Ermənistana çatdırılsa nə baş verəcək? Bunun münaqişə tərəfləri arasında hərbi qüvvələr nisbətin hansı təsiri olacaq?

Virtualaz.org bir neçə ay əvvəl Ermənistanın Rusiyadan 200 milyon dollarlıq kredit hesabına alacağı silah və texnikanın siyahısını əks etdirən sənədi dərc etmişdi. Məlum olmuşdu ki, siyahıda “Smerç” reaktiv yaylım atəşi sistemlərindən və TOS-1A ağır odsaçan sistemlərindən başqa Azərbaycanla hərbi qüvvələr nisbətinə təsir edə biləcək başqa silah sistemləri yer almır. Rusiyanın Ermənistana satdıqları əsasən 20-30 il əvvəl istehsal edilmiş və köhnəlmiş hesab edilən silahlardır.

Lakin “Smerç” reaktiv yaylım atəşi sistemləri və TOS-1A odsaçanları ayrı məsələdir. Ermənistanda da silahların mümkün qədər tez çatdırılması haqda danışanda məhz bu iki silah sistemini nəzərdə tuturlar. Çünki Azərbaycan Rusiyadan bir diviziyon (18 kompleks) “Smerç” reaktiv yaylım atəşi sistemi və iki diviziyon TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri alanda Ermənistanda qorxuya düşdülər.

Aprel döyüşləri zamanı Azərbaycan ordusu “Smerç”ləri tətbiq etməyib, TOS-1A odsaçanından isə düşmənin Cəbrayıl ərazisindəki hərbi qərargahını vurmaq üçün cəmi 3 raket atılıb. Əgər bu ik silah sistemləri tam gücü ilə tətbiq edilsəydi o zaman Ermənistan ordusunun itkiləri indikindən qat-qat artıq olardı. Görünür Azərbaycan ordusu həmin silah sistemlərini daha irimiqyaslı hücum əməliyyatları üçün ehtiyatda saxlayır.

Ermənistanda da həmin ssenaridən qorxurlar və məhz bu səbəbdən mümkün qədər tez “Smerç”ləri və TOS-1A odsaçanlarını əldə etməyə can atırlar. Ancaq Azərbaycan da məsələni yaxından izləyir və Ermənistanın həmin silahları alandan sonra onları Qarabağda yerləşdirməsi Moskva ilə Bakının münasibətlərini ciddi şəkildə zədələyə bilərdi. Görünür Azərbaycan tərəfi hər fürsətdə məsələ qaldırır ki, Ermənistana satılan həmin silah sistemlərinin Qarabağa daşınması Rusiya ilə münasibətlərə zərbə vuracaq.

Rusiyada da bunu nəzərə alırlar və yaxşı başa düşürlər ki, “Smerç” reaktiv yaylım atəşi sistemləri və TOS-1A odsaçanları Ermənistanın ruslardan alıb Qarabağa daşıdığı tanklardan və digər silahlardan fərqlidir. Bu baxımdan Azərbaycan Rusiyanın Ermənistana həmin silahları satmasına mane ola bilməsə də onların Qarabağda yerləşdirilməməsi məsələsini qəti şəkildə Moskva qarşısında qoymalıdır.

Digər tərəfdən Azərbaycan “Smerç”lərin və odsaçanların Ermənistana satılması faktından çıxış edərək silahlanmada müəyyən korrektələrə getməlidir. Doğrudur, Rusiyanın Ermənistana satdığı odsaçanlar Azərbaycanın aldığı “Solntsepyok”lardan geri qalır. T-72 tankının bazasında yığılıb və hədəf kimi daha əlçatandır. Habelə Ermənistana satılan TOS-1A raketləri köhnə modifikasiyalıdır. Eyni zamanda Ermənistanın aldığı “Smerç”lər və odsaçanlar kəmiyyət baxımından da Azərbaycanın malik olduğu bu silah sistemləri ilə müqayisə edilə bilməz.

Bununla belə Azərbaycan düşmənin “Smerç”lərinə və TOS-1A odsaçanlarına qarşı tədbirlər görməlidir. Belə tədbirlərdən ən effektivi həmin silahların döyüş mövqeyinə çıxarılmadan məhv edilməsi imkanlarına malik olmaqdır. Həmin taktikadan İsrail ordusu ərəblərlə 6 günlük müharibədə istifadə edib, ərəb koalisiyasının təyyarələrinin çoxu elə aerodromlardaca məhv edilib. Azərbaycan ordusu hazırda işğal altındakı ərazilərin istənilən nöqtəsinə dəqiq zərbələr endirmək imkanlarına malikdir.

Və Rusiyanın Ermənistana satdığı silahları nəzərə alaraq bu imkanların daha da genişləndirilməsi vacibdir. Söhbət azı 200 kilometr məsafədə hədəfi dəqiq vuran raket sistemlərinə malik olmaqdan gedir. Azərbaycan ordusunun Raket və Artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov bu günlərdə mətbuata açıqlamasında 200, 300 və 500 kilometr məsafədə hədəfi dəqiq vura operativ-taktiki raketlərin alınması üçün tədbirlər görüldüyünü deyib. Bəzi mənbələrə görə Azərbaycan artıq Pakistandan müəyyən operativ-taktiki raketlər alıb.

Digər cavab tədbiri isə kəşfiyyat və o cümlədən pilotsuz vasitələrlə kəşfiyyatın dərinləşdirilməsidir. Azərbaycan ordusu düşmənin nəzarətində olan ərazilərin dərinliklərində, o cümlədən Ermənistan ərazisində kəşfiyyatı gücləndirərək “Smerç”lərin və TOS-1A odsaçanlarının, habelə digər dağıdıcı silahların yerdəyişməsini nəzarətdə saxlamalı olacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031