Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Metsamorun bağlanması üçün Yerevana təzyiq edilməlidir”

`Ermənistan Cənubi Qafqaz regionunda yeganə radioaktiv təhlükə mənbəyidir.
Dünya birliyi Ermənistanın regiondakı pozucu mövqeyini bir daha diqqətlə təhlil etməli, Metsamor AES-in bağlanması ilə bağlı bu ölkəyə ciddi təzyiq göstərməlidir`.
Bu sözləri Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev mayın 23-də Tbilisidə keçirdiyi mətbuat konfransında söyləyib.
Əli Babayev bildirib ki, aprel ayında Gürcüstan ərazisində uran maddəsini satmaq istəyən iki qrup ifşa olunub. Onlar əllərində olan uranı təqribən 3 milyon ABŞ dollarına satmaq istəyiblər. Bu faktla bağlı artıq 19 nəfər saxlanılıb, onlardan da bir neçəsi Ermənistan vətəndaşlarıdır.
Əsas narahatlıq doğuran məsələlərdən biri bu radioaktiv maddənin haradan gətirilməsidir. Artıq araşdırmalar zamanı bu maddənin Ermənistandan gətirildiyi, tutulan şəxslərdən birinin Metsamor AES-də, başqa birisinin isə bu ölkənin xüsusi xidmət orqanlarında işlədiyi sübut olunub.
Ə. Babayevin sözlərinə görə, məsələ artıq daha ciddi xarakter alıb. Demokratik qüvvələr mövcud təhlükənin böyüklüyünü, ciddiliyini dərk edirlər. Artıq bir neçə qeyri-hökumət təşkilatı birlikdə məsələ ilə bağlı Gürcüstanın hökumət başçısına müraciət edib. Müraciətə hökumətdən cavab verilib və məsələnin tezliklə ciddi şəkildə araşdırıldığı bildirilib.
Diqqətə çatdırılıb ki, Ermənistandakı Metsamor AES region üçün əsl fəlakət mənbəyidir. Heç kim Çernobıl faciəsini unutmamalıdır. Cənubi Qafqaz ölkələrindən nə qədər insan həmin faciənin nəticələrinin aradan qaldırılması zamanı ciddi xəsarət alıb. İndi biz regionda belə bir faciənin baş vermə təhlükəsi ilə üz-üzə qalmışıq. Heç kim Metsamor AES-in fəaliyyəti ilə bağlı nikbin proqnoz verə bilməz.
Uzun müddətdir ki, istismar olunan bu stansiya artıq ciddi fəlakət mənbəyidir. Bundan təkcə Azərbaycan və türk xalqları deyil, gürcü, abxaz, osetin xalqları, eləcə də ermənilərin özləri əziyyət çəkəcəklər. Odur ki, bütün demokratik, xalqının, millətinin xoşbəxt gələcəyini düşünən qüvvələr birləşərək Metsamor AES-in bağlanması üçün səsini ucaltmalı, beynəlxalq təşkilatlardan Ermənistana təzyiqləri artırmağı tələb etməlidirlər.(AZƏRTAC)
Ə. Babayevin fikrincə, ermənilərin pozuculuq fəaliyyəti təkcə uran satmaq və ya Metsamor AES-lə bitmir: “Son günlər Gürcüstan ərazisində məskunlaşmış ermənilər tərəfindən separatizm meylləri daha da güclənib. Azərbaycanlılara və türklərə qarşı müxtəlif çağırışlar eşidilir. “Krunq” terror təşkilatının Gürcüstan ərazisində yenidən fəallaşması da ciddi narahatçılıq doğurur.
Gürcüstanın işğal olunmuş ərazilərindən 350 mindən çox gürcü didərgin düşüb və onlar müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayırlar. Bundan sui-istifadə edərək həmin ərazilərdə “çoxluq” təşkil edən ermənilər mədəni muxtariyyət tələb edirlər. Bu gün mədəni muxtariyyət tələb edənlər gələcəkdə muxtariyyət tələb edəcəklər. Bunu biz tarixdən də bilirik. Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlər məhz həmin siyasətin əyani sübutudur. Gürcüstan hökuməti bu məsələlərə ciddi yanaşmalı və ermənilərin iddialarına vaxtında tutarlı cavab verilməlidir.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031