“Böyük İpək Yolu” BMT-nin Komitəsinə üzv qəbul edildi
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı BMT-nin İqtisadi və Sosial Şurası yanında Qeyri Hökumət Təşkilatları (QHT) üzrə Komitəyə məşvərətçi statuslu üzv qəbul edilib.
BMT-nin baş qərargahında keçirilən Komitənin yekun sessiyasının iclasında Azərbaycanı eyni zamanda “Böyük İpək Yolu”nu təmsil edən təşkilatın baş katibi Aytən Əliyevanın verdiyi məlumata görə, “Böyük İpək Yolu” BGİ-nin Komitəyə məşvərətçi statuslu üzv qəbul edilməsi məsələsi iclasda müzakirəyə çıxarılıb. Üzv ölkələrin yekdil səsverməsi ilə təşkilat məşvərətçi statusu alıb.
Qeyd edək ki, Azərbaycan ABŞ, Türkiyə, Çin, Rusiya, İran, İsrail, Hindistanın daxil olduğu BMT – nin İqtisadi və Sosial Şurası yanında Qeyri Hökumət Təşkilatları (QHT) üzrə Komitənin 19 üzvündən biridir.
“Böyük İpək Yolu” BGİ–nin təmsilçisi üzv ölkələrdən olan təşkilatların rəhbərləri və nümayəndə heyətləri ilə bir sıra görüşlər keçirib. Görüşlərdə təşkilatın fəaliyyəti və tarixi İpək Yolu üzərində olan Azərbaycan haqqında qeyri-hökumət təşkilatlarının nümayəndələrinə geniş məlumat verilib.
yknews.az