Armenteros “Qarabağ”dan getdi
“Qarabağ” futbolçusu Samuel Armenterosla yolları ayırıb.
Axar.az klubun mətbuat xidmətin istinadən xəbər verir ki, klub futbolçu ilə müqaviləni uzatmamaq qərarı verib. Qeyd edək ki, Samuel Armenteros “Qarabağ”a 2015-ci ilin yayında keçib. O, Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Bu ilin yanvarından o, az halda oyunlara çıxıb. Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub.