Sərkisyandan qovulan generalın yerinə təyinat
Serj Sərkisyan Ermənistan Rabitə Qoşunlarının rəisi vəzifəsinə polkovnik Temur Şahnazaryanı təyin edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Prezidentinin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, Ermənistan Rabitə Qoşunlarının rəisi general-mayor Komitas Muradyan bir müddət öncə müəmmalı şəkildə vəzifəsindən azad edilib. Muradyanla birgə vəzifəsindən azad edilən Müdafiə nazirinin müavini Alik Mirzəbekyanın yerinə isə Baş Qərargah rəisinin müavini Movses Akopyan gətirilib.