Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ məsələsində ABŞ-Rusiya rəqabəti başlayır

Tanınmış rusiyalı ekspertə görə, yaxın zamanlarda Amerika problemin həlli ilə bağlı öz mexanizmini işə sala bilər; Ermənistan Rusiyanın arxasından çıxıb Qərbə sığınsa…; azərbaycanlı politoloq: “Proseslər Bakının xeyrinə işləyir…”

Vyana görüşündən sonra Qarabağ danışıqlarında sıçrayış olmasa da, müəyyən hərəkətlilik və fəallıq müşahidə edilməkdədir. Ötən həftəsonu ABŞ-ın vitse-prezidenti Co Baydenin Azərbaycan və Ermənistan prezidentlərinə telefon açaraq onlarla konfliktlə bağlı müzakirələr aparması bunun növbəti təzahürü sayıla bilər. Hər necə olmasa, bu zəng də Ağ Ev administrasiyasının problemə diqqətinin göstəricisidir.
Ancaq bu kimi səylər, əfsus ki, nizamlama prosesində kardinal dönüş yaratmaq gücündə deyil. Çünki münaqişədə aparıcı söz sahibi olan Rusiya hələ ki, onun çözümünə tələsmir, yalnız imitasiya ilə məşğuldur.  Bununla belə, qarşıdakı ay ərzində danışıqları prezidentlər səviyyəsində davam etdirməklə bağlı Vyanada əldə edilən ilkin anlaşma da var.
Sülh prosesin hansı məcrada davam edəcəyi isə həmişəki kimi, Moskvanın iradəsindən asılı olacaq. Bu xüsusda iyun ayı ilə bağlı həm nikbin, həm də bədbin gözləntilər var.
*    *    *
“İyunda sülhyaratma proseslərinə start veriləcək. Yəni nizamlama prosesinin prinsipləri, paket və ya mərhələli variantında olması dəqiqləşdiriləcək”. Bunu Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ermənistanın yenə paket həll variantı üzərində dayanacağını deyib: “Azərbaycan rayonların işğaldan azad olunması ilə Dağlıq Qarabağın statusunun eyni vaxtda müəyyənləşdirilməsinə heç vaxt razılıq verməyəcək. Bakı birmənalı şəkildə mərhələli həlli – ilkin olaraq bütün rayonların boşaldılmasını, sonrakı mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini təklif edir. Hazırda Qarabağ prosesi əsasında ”Madrid prinsipləri”nin dayandığı “Kazan formulu” üzərində iş aparılır. Azərbaycan bölgəyə sülhməramlıların yerləşdirilməsinin əleyhinədir, Ermənistan isə sülhməramlılar barədə danışmağın çox tez olduğunu bildirsə də, qəti mövqe sərgiləməyib”.
 
Sabiq dövlət müşaviri hesab edir ki, Rusiya sülhməramlı məsələsini sızdırmaqla Dağlıq Qarabağda hərbi baza yaratmaq fikrindədir: “Bu, sülhməramlılar adı altında Cənubi Qafqazda yenidən möhkəmlənmək planının bir parçasıdır. Bu baxımdan əlverişsiz sülhdənsə, geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə bir qədər də dəyişməsini gözləyə bilərik. Çünki bölgədə geosiyasi situasiyanın uzağı il yarıma, iki ilə tamamilə dəyişəcəyini proqnozlaşdırırlar. Belə hesab edilir ki, Cənubi Qafqazda Rusiyanın mövqeyi tamamilə heçə endirilə bilər, hətta bu yöndə cəhdləri artıq indidən hiss etmək mümkündür”.
Politoloq bildirib ki, Rusiya sözügedən faktları dərindən araşdırsa da, zahirən başqa görüntü yaradır: “Rusiya hazırda elə davranır ki, sanki Cənubi Qafqaz onun arxa bağçasıdır. Ancaq Vyana görüşü göstərdi ki, ABŞ, Almaniya və NATO üzvü olan bir sıra ölkələr artıq Qarabağ məsələsində kifayət qədər maraqlıdırlar. Bu siyahıya Türkiyə, Pakistan və müsəlman dünyası da daxildir. Xüsusilə də ABŞ məsələdə Rusiya ilə rəqabət içərisindədir. Bir sözlə, hazırda proseslər Bakının xeyrinə işləyir”.
 
*     *    *
 
“Qarabağ problemi incə şəkildə gələcəyə saxlanılmışdı”. Bunu isə  rusiyalı politoloq Qriqori Trofimçuk deyir. Onun sözlərinə görə, hazırda status-kvonu saxlamaq mümkün deyil: “Bu gün bir şeyi deyə bilərik: Qarabağdakı situasiyanın apreldə qəfildən gərginləşməsi uzun illər dondurulmanın nəticəsidir və indi onu əvvəlki vəziyyətinə nə Rusiya, nə də ABŞ qaytara biləcək. Bunu da qeyd etmək lazımdır ki, Moskva və Vaşinqtonun həll prosesinə baxışı fərqli olmaqla yanaşı, onların hər birinin burada öz məqsədləri var”.
Politoloq yaxın vaxtlarda problemin həlli baxımından qərar verilməsinin gərəkdiyini də bildirib: “Situasiyadan görünür ki, əgər yaxın zamanlarda Rusiya, Azərbaycan və Ermənistan lazım olan qərarı verməsələr, Qərb problemin həlli ilə bağlı öz mexanizmini işə sala bilər. Məsələn, regionda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə fəaliyyəti aktivləşdiriləcək və sairə. Qərbin fikrincə, Rusiya da bu prosesə görə cavabdehdir. Məhz Moskva aprelin 5-də atəşkəsin yaranmasına nail oldu. Başqa sözlə, Rusiya və Ermənistan tələsməlidir, Vaşinqtonun isə tələsməyinə ehtiyacı yoxdur, çünki zaman onun maraqlarına işləyir. Üstəlik, məhz ABŞ hər iki prezidentin Vyanada görüşməsinin təşəbbüskarı idi. Rusiya atəşkəsin başladığı andan etibarən situasiyanı əvvəlki danışıqlar şəraitinə qaytarmaq istəyir. Vyana görüşündə də həmçinin 1994-cü ilə qayıdışla bağlı tezisdən söhbət açıldı. Lakin bu, əlbəttə ki, Azərbaycanı qane etmir”.
***
Potsdamdan olan professor Vilfrid Furman isə hazırda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ konfliktinin həllinə yönəlik səylərini yetərli hesab eləmir. “Hələlik mən status-kvonjn möhkəmlənməsi və sementləşdirilməsinə yönəlik səyləri görürəm” – alman ekspert söyləyib.
Onun iddiasına görə, Qərb Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini boşaltmasında təkid eləməyəcək. “Çünki Qərb hər üç Güney Qafqaz ölkəsinə, o cümlədən Azərbaycan iqtisadi bonuslar vəd eləməklə bütün regionu Rusiya və Avrasiya Birliyinə sipər olaraq öz tərəfinə çəkmək fikrindədir. Əgər Rusiya Ermənistandan işğal altındakı əraziləri azad eləməyi tələb eləsə, o zaman İrəvan dərhal Moskvanı Avrasiya Birliyindən çıxmaq və Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqla hədələyəcək. Fikrimcə, ABŞ və Fransa yanlış olaraq düşünür ki, Ukraynanın şərqindəki barışıq prosesi analoji şəkildə Dağlıq Qarabağa tətbiq oluna bilər” – professor əlavə edib.
Lakin Ermənistanın Rusiyanı hədələməsi elə də asan məsələ deyil. Ona görə ki, İrəvan Azərbaycan ərazilərini müstəsna olaraq Kremlin dəstəyi ilə ələ keçirib və Kremlin köməyi ilə də öz nəzarətində saxlayır. Bundan başqa, Rusiya ilə 2049-cu ilədək strateji müttəfiqlik müqaviləsi olan Ermənistanın təhlükəsizliyini, o cümlədən onun xarici sərhədlərini bütünlüklə Rusiya təmin edir. Moskvanın İrəvanın arxasından çəkilməsi kifayətdir ki, Azərbaycan zəbt edilmiş 7 rayonu qısa müddətdə azad eləsin. O zaman çətin ki, Qərb Ermənistanın köməyinə gəlsin…
*    *    *
Bu arada Avrasiya Hökumətlərarası Komissiyasının iclasında iştirak etmək üçün mayın 20-də İrəvana səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedyevin Serj Sərkisyanla Qarabağ münaqişəsini də müzakirə elədiyi xəbəri yayılıb. Bu haqda erməni nəşrlərindən biri belə yazıb: “Medvedyev aprelin 7-də İrəvana gələrkən, özü ilə bu planı gətirmişdi. Bir gün sonra o, Bakıya yola düşdü. Bu səfərlər ərəfəsində Qarabağla bağlı ”Lavrov planı”nın olduğuna dair iddialar ortaya çıxdı. Aprelin 22-də Lavrov İrəvana gələrkən bu planın mövcudluğunu təkzib etməyə çalışdılar. Lakin Vyana görüşündən sonra Medvedyevin yenidən İrəvana gəlişi və Sərkisyanla köhnə müzakirələri davam etdirməsi ehtimal etməyə imkan verir ki, Rusiya baş naziri bir ay əvvəl təklif etdiyi Qarabağ planını yenidən özü ilə gətirib. Pərdəarxası proseslərin necə davam etdiyini deyə bilmərik, lakin Rusiya baş nazirinin bəyanatları Moskvanın Qarabağla bağlı təkliflərini davam etdirdiyini göstərir. Lavrov da Vyana görüşündən dərhal sonra açıqladı ki, Moskva tərəflər arasında güzəştləri axtarmağa davam edəcək. Əgər nizama salınmanın variantları müzakirə edilirsə, belə çıxır ki, İrəvan həqiqətən də Rusiya ilə danışıqlar aparır və daha sonra Rusiya bu məsələləri Bakı ilə müzakirə edəcək”, – deyə sayt qeyd edib.
 
İddialara görə, Rusiyanın Qarabağ planı belədir: işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i qaytarılır, iki rayonun qaytarılması prosesi sonraya saxlanılır, Laçın dəhlizi müvəqqəti olaraq qalır, Dağlıq Qarabağın statusu üzərində danışıqlar aparılır, bölgəyə beynəlxalq sülhməramlılar yerləşdirilir.(musavat)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031