Oljas Süleymanov: “BMT günahkardır!”
Bu gün Qazaxıstanın paytaxtı Astanada beynəlxqalq Türk Akademiyasının təşkilatçılığı ilə “Böyük səhra” adlı I Humanitar Forum öz işinə başlayıb.
Forumda dünyanın 20 ölkəsindən olan türkoloqlar, Astanada qeydiyyatdan keçmiş beynəlxalq və diplomatik missiyaların nümayəndələri, ölkənin ziyalıları və elm adamları iştirak edirlər. Forumun iştirakçıları arasında “Planetin adamı” Oljas Süleymanov da var.
“Böyük səhra” forumunda iştirak edən azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Oljas SüleymanovAzərbaycanın daha da çiçəklənməsini arzulayıb. Və qeyd edib ki, Azərbaycan bu gün dünyanı başına alan iqtisadi krisizin imtahanından da uğurla çıxacaq.
“Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının bağlanması barədə başlanan beynəlxalq hərəkata necə baxırsınız” sulaına qazax yazıçı belə cavab verib:
“Atom elektrik stansiyaları əslində keçmişdir. Ötən gündür. Bunu Avropa vaxtında hiss elədi. Və orada çox sayda atom elektrik stansiyaları bağlandı. Bunu Yaponiya da anlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2 və ya 3-ü fəaliyyət göstərir. Belə fikirləşirəm ki, bəşəriyyət üçün təhlükə yaradan bu elektrik stansiyaları bağlanacaq. O ki, qaldı Metsamor AES-ə, o ətraf mühit və dünya üçün təhlükə mənbəyidir. O stansiya da bağlanmalıdır. Baxmayaraq ki, bu atom elektirk stansiyası təkcə Ermənistan üçün deyil, qonşu respublikalar üçün də təhlükə mənbəyidir”.
Məşhur türkoloq Oljas Süleymanov aprel ayının əvvəllərində erməni tərəfin təğribatı nəticəsində pozulan atşəkəs zamanı hadisələri diqqətlə izlədiyini deyib. O eyni zamanda qeyd edib ki, BMT-nin işğalda olan Azərbaycan torpaqlarının azad etməsi haqqında qəraraının fəaliyyətsiz qalması nəticəsində belə hadisələr baş verir.
“Planetin adamı” Azərbaycan prezidenti İlham Əliyevin Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında fikirlərini və sülh çağırışlarını xatırlayıb.
“Nədənsə BMT özüçün çıxardığı qərarların icrasına əməl olunması haqqında tədbirlər görmür. Buna görə də aprel ayında baş verən hadisələrin kəskinləşməsində BMT günahkardır. Yəqin ki, son hadisələr məcbur edəcək ki, BMT özünün həll olunmayan proqramının icrası prosesinə yenidən nəzər salsın”.
Sonda dünya şöhrətli yazıçı Azərbaycana qələbə sevincləri arzulayıb.