Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aprel döyüşlərində qaçıb aradan çıxan erməni polk komandirinin poqonları “uçdu”

Aprelin əvvəllərində Qarabağda gedən 4 günlük müharibəyə görə erməni ordusunda yenə poqonlar “uçub”. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, işğalçı qüvvələrin Ağdərədə dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib.

Xəbərlərə görə polkovnik Əmirxanyanın vəzifəsindən azad edilməsinin səbəbi aprel döyüşləri zamanı harasa yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra ortaya çıxmasıdır. Mətbuat yazır ki, Əmirxanyan aprel döyüşləri zamanı yoxa çıxmasını “ayağının sınması və bu səbəbdən Stepanakertdə (Xankəndi) müalicə olunması” ilə əsaslandırmağa çalışıb. Lakin həmin məlumat təsdiqlənməyib.

“Arminfo” agentliyi bildirir ki, erməni qüvvələri aprel döyüşlərində Mataqis istiqamətində ağır itkilər verib. Qondarma “DQR müdafiə nazirliyi” polkovnik Əmirxanyanın aprel döyüşləri zamanı harada olduğuna və nədən işdən azad edildiyinə aydınlıq gətirməyib. Qondarma “nazirliyin” mətbuat xidmətinin rəhbəri Senor Həsrətyan deyib ki, əgər “nazirliyin” saytında Əmirxanyana dair heç bir məlumat yerləşdirilməyibsə deməli bu məsələ hərbi sirrdir və açıqlana bilməz.

Artsurun Ovanisyan isə deyib ki, o da məsələni şərh edə bilməz. Çünki Mataqis polko “DQR müdafiə nazirliyinin” tabeçiliyindədir. “Ancaq mənim məlumatıma görə polkovnik Əmirxanyan aprel döyüşləri zamanı məzuniyyətdə olub”-o əlavə edib. Bəs o zaman aprel döyüşləri zamanı Mataqis polkuna kim komandirlik edib? Ovanisyan deyib ki, nizamnaməyə görə komandir yerində olmayanda hərbi hissəyə müavini rəhbərlik edir. Bununla belə Ovanisyan aprel döyüşləri zamanı Mataqis polkunun komandir heyətinin fəaliyyətinin effektivliyinə qiymət verməkdən imtina edib.

Mətbuat isə yazır ki, Əmirxanyan Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Yuri Xaçaturovun adamıdır. Bəzi mənbələrə görə onu Ermənistan ordusunda yüksək vəzifəyə təyin edə bilərlər.

Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusu ermənilərin Mataqis polkunun qərargahına dəqiq artilleriya zərbələri endirib, daha sonra qərargah “Harop” pilotsuz döyüş sistemi ilə vurulub.

Aprel döyüşlərinə görə prezident Serj Sərkisyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində cəza tədbirləri həyata keçirib. Nazirliyin üç generalı işdən qovulub, avtomobil xidmətinin rəisi həbs edilib. Qondarma “DQR müdafiə nazirliyi”nin də aprel məğlubiyyətinə görə komandirlər arasında cəza tədbirləri həyata keçirdiyi haqda məlumatlar var.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031