Binali Yıldırım Türkiyənin baş naziri oldu
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.
APA bildirir ki, bu gün AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.
Qeyd edək ki, B. Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.
Mövcud ənənəyə uyğun olaraq hakim partiyanın sədri həm də Türkiyənin baş naziri olur.(virtualaz)