Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Sülh danışıqları daha 20 il davam edə bilməz” – analitiklər

Rusiyalı təhlilçilərə görə, Vyana görüşündən sonra münaqişənin sürətli nizama salınma ehtimalı yüksəlib; britaniyalı ekspert isə hesab edir ki, danışıqlarda irəliləyiş üçün 7 rayonun qaytarılması mütləq şərtdir…

ABŞ, Rusiya və Fransa xarici siyasət idarələri başçıları və ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutan prezidentlərin Vyana görüşü Qarabağ nizamlanmasına kövrək ümidlər yaradıb. Məhz kövrək ümidlər, çünki hələlik yalnız atəşkəs rejiminin möhkəmlənməsinə dair anlaşma əldə olunub. Belə bir anlaşmanın davamlı olması üçün problemin həllində real irəliləyiş vacibdir. Bundan ötrü isə öz növbəsində işğalçı Ermənistan zəbt elədiyi əraziləri boşaltmağa başlamalıdır.
Vyana görüşü Qarabağ danışıqlarına dinamika gətirilməsi kontekstində kövrək də olsa bir ümid yaradıb. Ancaq çox şey qarşıdakı 1 ay ərzində – prezidentlərin görüşünədək aparılacaq müzakirələrdən, görüləcək hazırlıqlardan asılı olacaq. Münaqişəyə cəlb olunmuş tərəflərin hamısı artıq anlayır ki, sülh danışıqları aprelədək olan axarda aparıla bilməz. Çünki münaqişə ətrafında situasiya indi başqadır. O üzdən danışıq xətrinə danışıqlara, görüş xətrinə görüşlərə vaxt və enerji itirməyə dəyməz. Belə vaxt və enerji heç qalmayıb da.
 
Bu üzdən Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayına planlaşdırılan budəfəki görüşü məntiq etibarilə əvvəlkilərdən keyfiyyətcə ciddi şəkildə fəqrlənməlidir. Fərqlənəcəkmi, yoxsa həmsədr ölkələr də, Ermənistan da heç nə olmayıbmış kimi özlərini aparacaq, yenə danışıqların imitasiyası ilə məşğul olacaqlar? Ümumilikdə münaqişəni bundan sonra nə gözləyir, yeni müharibə ehtimalı təzədən gündəmə qayıda bilərmi?
 
Mövzu ilə bağlı ekspert şərhlərini davam etdiririk.
 
*    *   *
 
“Danışıqların daha 20 il davam etməsi mümkünsüzdür”. Bunu “Azadlıq” radiosuna müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, Qarabağ konfliktinə əfsus ki, yaradıcı yanaşma yoxdur: “Çətin situasiya ilə əlaqədar yeni qərarlar qəbul edilməlidir. Təəssüf ki, belə bir yaradıcı yanaşma heç kimdə yoxdur. Məhz qərarsızlıq apreldə vəziyyəti gərginləşdirdi. Mən razıyam ki, situasiyanı geriyə qaytarmaq mümkün deyil. Təxminən 6-7 il öncə məndən Qarabağ konfliktinin necə həll edilməli olduğunu soruşdular. Onda təklif etdim ki, Qarabağdan olmayan hansısa rayonun bir hissəsini Azərbaycana verin və Azərbaycan nəinki Rusiyaya, həm də bütün dünyaya buranın iqtisadiyyatını necə qaldırdığını, qaçqınları necə geri qaytardığını göstərsin. İndi Ermənistan üç şərt irəli sürür, o zaman isə bu bir idi. Onlardan əsası Ermənistan üçün təhlükəsizlik idi. Əgər test rejimində hansısa rayonun bir hissəsi verilsə, hər şeyin normal inkişafına əmin olmaq üçün uzun illər lazımdır”.
 
Trofimçukun fikrincə, Qarabağdakı situasiya istənilən an genişmiqyaslı, total müharibəyə çevrilə və bütün Qafqazı bürüyə bilər: “Qarabağda son gərginliyi kim başladıb? Məncə, burada provokasiya vardı. Üstəlik, Azərbaycan indi Yaxın Şərqin yanında yerləşdiyi üçün ortada terrorizm faktoru da var. Bunu etmək çox asandır. ATƏT-in Minsk Qrupu iyuna qədər genişlənmə ilə bağlı konkret tapşırıqlar alıb. Onlar illərdir ki, Minsk Qrupunun fəaliyyətindən narazı olan Azərbaycana nə isə konkret iş gördüklərini sübut etməyə çalışacaqlar. Minsk Qrupu gərək zərəri hesablasın. Dəyən zərər təkcə iqtisadi deyil, orada onlarla insan həlak olub. Bir sözlə, meyitlər ölkələr arasında yerə sərilmiş qalanda situasiyanı Donbasdakı kimi geri çevirmək mümkün olmur. Vəziyyəti nəzarətdə saxlamaq üçün texniki vasitələrlə müşahidə aparmaq olar. Bu, vacib taktiki məsələlərdir. Bəs nə qədər kamera olacaq? Burada ərazi çox böyükdür. Onların sayı minlərlə olmalıdır. Həmin kameraları istənilən yerdə partlatmaq olar. Artıq indidən deyilir ki, əgər Qarabağda nəsə baş versə, eynisini paralel olaraq Naxçıvanda da gözləmək lazımdır. Hətta kameralar quraşdırılsa belə, indiki dövrdə müasir silah sistemləri kameradan yan qaçmaqla atəşə də imkan verir. Yəni kamera atəşi tuta bilmir. Ona görə də aydındır ki, bu, heç nə verməyəcək”.
 
Politoloq postsovet məkanını böyük dəyişikliklərin gözlədiyini bildirib: “Bəlkə də Rusiyanın Qarabağda təmas xəttində sülhməramlı kimi dayanması Qərbə də sərf edir. Rusların Gümrüdə dayanması bir məsələ, Qarabağda olması tamam ayrı məsələdir. Bu zaman hətta bütün Cənubi Qafqaz belə partlaya bilər. Biz artıq yaxın zamanlarda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə təlimlər keçirmək istədiyini görürük. Qarabağ böyük geosiyasi oyunlarla bağlıdır. Biz artıq ”ikinci SSRİ-nin süqutu” ərəfəsindəyik. Birinci süqut 1991-ci ildə olmuşdu. İkinci süqutun nəticəsində hansısa ölkələr yoxa çıxacaq. Bütün bu məkan dəyişəcək. Biz artıq buraya postsovet yox, Avrasiya kimi baxırıq. Avrasiya məkanı yenidən təşkil olunacaq. Burada güc mərkəzlərinin orduların iştirakı ilə ciddi oyunları başlayacaq. Kim qalib gəlsə, ərazilərə o sahiblənəcək”.
*    *    *
 
Öz növbəsində britaniyalı politoloq Hayko Lanqner hesab edir ki, Azərbaycan-Erməni təmas xəttində atəşkəsə nəzarət mexanizminin tətbiqi konfliktin siyasi həll prosesi ilə güclü şəkildə əlaqələndirilməlidir: “Hər iki tərəfin qəbul elədiyi və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın 7 rayonunu qaytarılmasını nəzərdə tutan baza prinsiplərinin həyata keçirilməsi vacibdir” – deyib politoloq. Onun sözlərinə görə, yalnız bu şərtin təmin edildiyi halda 700 min köçkününün mümkün qədər tez geri qayıtması üçün müharibə nəticəsində yandırılmış ərazilərin iqtisadi bərpasına imkan yarana bilər.
“İndiyə kimi işğalçı ölkə, yəni Ermənistan bu əraziləri qaytarmaq istəmirdi. Hərçənd, Azərbaycanın həmin əraziləri qaytaracağına şübhə olmayıb. Beynəlxalq hüquq nöqteyi-nəzərdən Dağlıq Qarabağ da daxil, Ermənistanın işğal elədiyi bütün torpaqlar Azərbaycan Respublikasının ərazisidir. Dağlıq Qarabağ ətrafında 7 rayonun qaytarılması, – hansı rayonların əhalisi ki, müharibəyədək azərbaycanlılar olub, – danışıqlarda irəliləyiş üçün mütləq şərtdir”, – deyə ekspert “Vestnik Kavkaza” nəşrinə bildirib.
“Əks halda, belə çıxacaq ki, Ermənistan öz işğalçı siyasəti və danışıqlarda inkar mövqeyinə görə faktiki olaraq, təmas xəttində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə mükafatlandırılacaq. Ancaq Ermənistanın hərbi təcavüzü münaqişənin həllinin tərkib hissəsi deyil. İşğal – nəhayət, adlanmalı olan problemin tərkib hissəsidir” – britaniyalı analitik fikrinə əlavə edib.
***
“Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağa sülhməramlıları yerləşdirməyə hazırdır”. Bu barədə isə rusiyalı politoloq Vitali Arkov deyib (Publika.az). Onun sözlərinə görə, Vyanada ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən Qarabağ görüşü Rusiyanın əvvəlki kimi beynəlxalq səhnədə əsas oyunçu olduğunu göstərir: “Hansı ki, bəziləri Krım hadisələrindən və Ukraynada vətəndaş müharibəsindən sonra Moskvanın beynəlxalq müstəvidə təklənmiş olduğunu hesab edirdilər”.
Mayın sonunda Putinin Bakı və İrəvana səfər edəcəyi haqda informasiyalara toxunan Arkov deyib ki, Rusiya prezidenti İlham Əliyevlə dost münasibətlərə sahibdir və onunla şəxsi görüşə şaddır: “Lakin Putinin Cənubi Qafqaz turnesi iki düşmən ölkəni barışdırmaq zəfəri ilə bitməlidir. Bu baxımdan münaqişənin sürətli nizama salınma ehtimalı çox yüksəkdir. Azərbaycan rəsmən bildirir ki, rayonların ona qaytarılması ilə kifayətlənməyəcək, Qarabağda status-kvo dəyişməlidir. Bu da faktiki olaraq münaqişə zonasında toqquşma ehtimalını artırır. Buna görə də bölgəyə sülhməramlılar yerləşdirilməlidir. Rusiya buna hazırdır”.
 
*    *   * 
 
Lakin rəsmi Bakının mövqeyi sülhməramlılar məsələsində kifayət qədər aydındır. Belə qüvvələr regiona yalnız konfliktin beynəlxalq hüquq normaları çərçivəsində kardinal həlli, o cümlədən işğal altındakı bütün rayonların azad edilməsi halında mümkündür.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031