Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sərkisyan general Movsesi çətin döyüşə göndərdi

Ermənistan prezidenti Serj Sərkisyan general-leytenant Movses Akopyanı silahlı qüvvələrin Baş qərargah rəisinin müavini vəzifəsindən azad edib, digər fərmanla onu müdafiə nazirinin müavini-maddi-texniki təchizat departamentinin rəhbəri təyin edib.

General Movses 2015-ci ilə qədər qondarma “dqr müdafiə naziri” olub. 2015-ci ildə Sərkisyan onu Ermənistanda Baş qərargah rəisinin müavini vəzifəsinə təyin edəndə çoxları belə hesab etmişdi ki, Movses Akopyan Baş qərargah rəisi Yuri Xaçaturovun yerini tutacaq. Çünki Yuri Xaçaturov xeyli yaşlanıb və üstəlik onun əmrləri Sərkisyandan daha çox Moskvadan aldığı haqda danışırlar.

Ancaq indi Sərkisyan general Movsesi daha çətin döyüşə göndərir-Ermənistan ordusunun təchizatında aprel döyüşləri zamanı ortaya çıxan  bərbad vəziyyəti aradan qaldırmaq.

Xəbər verildiyi kimi aprelin 26-da Sərkisyan Müdafiə Nazirliyinin rəhbərliyində cəza tədbirləri həyata keçirib. Müdafiə nazirinin müavini, maddi-texniki təchizat departamentinin rəhbəri general-leytenant Alik Mirzəbekyan, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general Arşak Karapetyan, rabitə qoşunlarının komandanı, general Komitas Muradyan işdən qovulublar.

Mirzəbekyanın qovulmasına səbəb ordunun təchizatında aprel döyüşləri zamanı üzə çıxmış ciddi problemlər, Karapetyanın qovulmasına səbəb isə “Kommersant” qəzetinin yazdığı kimi Azərbaycan ordusunun TOS-1A “Solntsepyok” ağır odsaçan sistemini döyüş mövqeyinə çıxarıb ermənilərin Cəbrayıldakı qərargahına zərbə endirməsi, nəticədə çoxsaylı itkilər göstərilmişdi. Erməni kəşfiyyatının isə odsaçan sistemin döyüş mövqeyinə çıxarılmasından xəbəri olmamışdı. General Muradyan isə qoşun birlikləri arasınd etibarlı rabitə əlaqəsini təmin edə bilməyib.

Bu günlərdə isə Ermənistan Müdafiə Nazirliyinin avtomobil xidməti departamentinin rəisi həbs olundu və belə görünür ki, erməni ordusunun təchizatında meydana çıxan problemlər kifayət qədər ciddidir. Əks halda Sərkisyan Baş qərargaha rəhbərlik etmək, ola bilsin gələcəkdə müdafiə naziri postunda Seyran Ohanyanı əvəzləmək üçün İrəvana apardığı odioz generala ordunun maddi-texniki təchizatını həvalə etməzdi.

Yəqin ki, Akopyanın qarşısında Ermənistan ordusunun təchizatını 4 günlük müharibənin təcrübəsindən çıxış edərək yenidən qurmaq vəzifəsi qoyulub. Bu məsələdə Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana verməyə razılaşdığı silah-texnika Akopyanın köməyinə gələ bilər. Lakin Azərbaycan Müdafiə Nazirliyi üçün də 4 günlük müharibə düşmənin zəif nöqtələrini müəyyənləşdirmək və silah-texnika imkanlarını sınamaq baxımından təcrübə qazandırıb. Deməli Azərbaycan ordusunun müasir silahlarla və texnika ilə təchizatına dair yeni kompleks tədbirlərin həyata keçiriləcəyini gözləmək lazımdır.

Yeri gəlmişkən 4 günlük müharibədən sonra işdən qovulan general Mirzəbekyan  ötən ilin iyulunda Rusiyanın “Voennoe obozreniya” nəşrinə müsahibəsində Azərbaycan ordusunun silahlanması haqda danışarkən deyirdi: “Görün Rusiya Azərbaycana hansı silahları verib: reaktiv yaylım atəşi sistemləri “Smerç”, ağır odsaçan sistemləri TOS-1A, T-90 S tankları, tank körpüdüzəni MTU-90-bütün bunlar hücum silahlarıdır. Onlar nəinki hücum silahlarıdır, eyni zamanda seçmə silahlardır. Əks-hücum və hücum əməliyyatları anlayışı var. Əsas operativ vəziyyət möhkəmləndirilmiş müdafiə xəttini yarmaqdır. Rusiyanın Azərbaycana verdiyi silahlar isə eynilə buna uyğundur. Yəni minatəmizləyən maşınlar, körpüdüzənlər, tanklar, TOS-lar. Bütün bunlar narahatlıq doğurur. Yəni məqsədyönlü şəkildə elə silahlar satılıb ki, hücum vəzifələrini yerinə yetirsin”.

Aprel döyüşləri isə göstərdi ki, Azərbaycan ordusu hətta həmin hücum silahlarının çox cüzi hissəsini tətbiq etməklə belə erməni ordusunun müdafiə xəttini iki istiqamətdən yara bildi. Bu hücum əməliyyatlarında “Smerç”lərdən, TOS-1A odsaçanlarından (Cəbrayıldakı hərbi qərargahın dəqiq atəşlə vurulması istisna olmaqla), kütləvi şəkildə T-90 tanklarından və digərlərindən istifadə olunmadı. Əgər Azərbaycan ordusu bütün arsenalını səfərbər etməklə irimiqyaslı hücum əməliyyatı həyata keçirsəydi yəqin ki, nəticələr general Mirzəbekyanın narahatlıqlarını tam doğruldardı…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031