Sarksiyan Rusiya baş naziri ilə təkbətək görüşdü
Ermənistan prezidenti Serj Sarkisyanla Rusiya baş naziri Dmitir Medvedev arasında görüş keçirilib.
Ermənistan KİV-i xəbər verir ki, tərəflər təkbətək görüşüblər. Görüşün nəticələri barədə ətraflı məlumatın bir neçə dəqiqə sonra veriləcəyi bildirilir.
Xatırladaq ki, mayın 20-də Ermənistanda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclası baş tutacaq. İclasa Ermənistanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan baş nazirləri də qatılacaq.