Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Neftin qiymətinin kəskin aşağı düşməsi…”

Prezident İlham Əliyev mayın 20-də Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğunu dedi.

Əməkdaşlığımızın müxtəlif formatları əhatə etdiyini bildirən dövlət başçısı hazırda bu əməkdaşlığın yeni mərhələdə olduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişafla bağlı Beynəlxalq Valyuta Fondunun ölkəmizə verdiyi dəstəyi və tövsiyələrini yüksək dəyərləndirdi.

Dövlət başçısı Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi missiyanın fəaliyyətinin ölkəmiz ilə bu qurum arasında əlaqələrin gücləndirilməsi və lazımi islahatların davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev qeyd etdi ki, dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, əlbəttə, gəlirlərimizin azalmasına səbəb olub. Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib.

Dövlət başçısı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycan hökuməti tərəfindən dünyada iqtisadi böhranın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirdi.

Məhəmməd əl-Qorçi manatın devalvasiyası və digər tədbirlərin ölkəmizdə milli istehsalın qorunması, habelə qeyri-neft sektorunda istehsal olunan məhsulların xaricə ixrac edilməsi işinin təşviqinə töhfə verdiyini vurğuladı və bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən atılan addımları cəsarətli və uğurlu addımlar kimi qiymətləndirdi.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğuladı və bu baxımdan Beynəlxalq Valyuta Fondunun Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsi aparılmasına, ölkəmizə texniki yardım göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirdi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031