Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Ermənistandan Azərbaycanı qıcıqlandırmamaq tələb olunub”

Gün ərzində qoşunların təmas xəttində atəşkəsin ermənilər tərəfindən mütəmadi olaraq 120-150 dəfə pozulması müşahidə olunurdu. Buna bir növ adət etmişdik.

Lakin son iki-üç gün ərzində atəşkəsin pozulması məsələsində say hesabının azalması özünü göstərir.

Hər halda Müdafiə Nazirliyinin rəsmi məlumatları belə deməyə əsas verir. Məsələn, nazirliyin bu gün açıqladığı informasiyaya görə, ermənilər atəşkəs rejimini 10 dəfə pozublar.

Bildiyimiz kimi, ötən həftə Azərbaycan və Ermənistan prezidentlərinin cəbhədəki 2-4 aprel hadisələrindən sonra Vyanada ilk  görüşü keçirilib.

Görüşdə konkret məsələ həll olunmasa da, atəşkəsə əməl edilməsi bir daha vurğulanıb.

Atəşkəsin pozulması hallarının azalmasına Vyana görüşü təsir edə bilərmi?! Bu hal nə vaxta qədər davam edəcək?!

Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyir ki, vəziyyətin belə olmasında Vyana görüşünün təsiri var.

“Vyana görüşlərinin nəticəsidir ki, son 2 gündə atəşkəs az sayda pozulur.

Çünki son görüşdə atəşkəs rejiminə əməl edilməsi haqqında qərar qəbul edilib. Bu saat ATƏT-in müşahidəçilər qrupu bölgədədir. Bu da ona təsir edir. Digər tərəfdən kameralar, mexanizmlar quraşdırmaq haqqında fikirləşirlər.

Əlavə müşahidə heyətinin gətirilməsi haqqında da ideyalar var. ATƏT müşahidələri daimiləşdirirlər.

Bu saat bölgədə Anji Kasprşikin komandasından ən azı 10 nəfər atəşkəs prosesinə nəzarət edir. Bütövlükdə təmas xətti boyu atəşkəs rejiminə əməl edilməsini 80% müşahidə etmək mümkündür. Əgər bura texnika (kameralar, süni peyklər) cəlb ediləcəksə, daha dəqiq informasiya toplamaq mümkün olacaq. Ermənilər isə bundan qorxurlar”.   Politoloq atəşkəsin pozulması hallarının azalmasının iyun ayına qədər davam edəcəyini düşünür.

“Ən azından atəşkəsə riayət etmək iyun ayına qədər davam edəcək.

Çünki prezidentlərin yeni görüşü olacaq. Ola bilsin ki, xarici işlər nazirləri səviyyəsində də bir görüş oldu. Həmçinin, stolun üstünə bir sənəd qoyulmalıdır. Bu sənəddə ətrafında sülhyaratma prinsipləri bütövlükdə tərəflər arasında mübahisə yaradan məsələlərin kompromis yolla həll edilməsi və sairə bu kimi məsələlər öz əksini tapmalıdır. Ona qədər atəşkəs prosesində ləngimələr, xüsusən də, iriçaplı silahlardan, artelleriya qurğularından,  minaatanlardan istifadə edilməsi nəzərə çarpmayacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki,  atəşkəsin pozulması hallarının azalması Vyana görüşü ilə tam əlaqəli deyil.

“Atəşkəs bir dəfə də, on dəfə də pozulsa atəşkəsin pozulması deməkdir.

Düşünmürəm ki, Vyana görüşü burada hansısa təsir göstərir. Sadəcə, bu məsələnin “memarları” məsləhət tələb ediblər ki,  Ermənistan vəziyyəti gərginləşdirməsin. O mənada gərginləşdirməsinlər ki, bir balaca atəşkəsin sayını azaltsınlar.

İyun ayında prezidentlər görüşəcəklər və müəyyən məsələlər razılaşdırılmalıdır. O məqsədlə Ermənistan tərəfə məsləhət görülüb ki, Azərbaycan tərəfini qıcıqlandırmasınlar.

Onlar çox yaxşı dərk edirlər ki, Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdədir. Danışıqlar prosesi uğurla nəticələnməyəcəksə, Azərbaycan mümkün olan bütün variantlardan, güc amilindən istifadə edəcək. Bu tapşırığa əsasən onlar bir qədər mövqelərimizə atəş açmasını say etibarı ilə azaldıblar”. Hərbi ekspert deyir ki, heç bir formada ermənilərə bel bağlamaq olmaz.

“Erməni elə ermənidir. Əgər prezidentlərin görüşünün səhəri atəşkəsin pozulması nəticəsində əsgərimiz şəhid oldusa, ermənilərə bel bağlamaq olmaz. Onlar müəyyən işlərini görürlər. Ermənilər narahatdırlar  ki, Ermənistandan köməyə gələn qüvvələr etiraz əlaməti olaraq mövqelərindən geri  çəkilə bildilər.

Bu amil də var. Bütövlükdə isə Rusiyanın tapşırığı ilə oturub-duran Ermənistan silahlı qüvvələri bir qədər atəşkəsin pozulması sayını hələlik azalıb. Bununla belə düşünmürəm ki, onlar haqqın yoluna qayıdacaqlar. Erməni erməniliyində qalır və istənilən an onlardan istənilən təxribatı gözləyə bilərik”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031