Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

AŞPA sədri: “Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt arasında görüş keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Oqtay Əsədov Pedro Aqramuntun Avropa Şurası Parlament Assambleyasının sədri kimi Azərbaycana ilk səfərini məmnuniyyətlə xatırladıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyinə görə ona təşəkkürünü bildirən Azərbaycan parlamentinin sədri ölkəmizin nümayəndə heyətinin bu beynəlxalq qurumda fəal təmsil olunduğunu qeyd edib: “Azərbaycanın Avropa Şurasında fəaliyyətinin başlıca istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasıdır. Çox təəssüf ki, bu problemlə bağlı məsələlər araşdırılarkən münaqişə tərəflərinə bərabər münasibət sərgilənirdi və bu cür münasibətin nəticəsi olaraq aprelin əvvəlində Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təxribat törətdi. Qoşunların təmas xəttində gedən döyüşlərin genişmiqyaslı müharibəyə keçmək ehtimalı var idi. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olan Azərbaycan birtərəfli atəşkəs elan etdi. Hazırda danışıqlar prosesi bərpa olunub”.

Oqtay Əsədov AŞPA sədrinə Vyana görüşü barədə də məlumat verib: “Siz düzgün söyləmisiniz ki, bu münaqişə BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Biz bu sözləri AŞPA-nın ədalətli mövqeyi kimi qəbul edirik. Bütün beynəlxalq təşkilatlar artıq anlayıblar ki, status-kvo uzun müddət davam edə bilməz, münaqişə tezliklə həll olunmasa, yeni təxribatlara gətirib çıxaracaq”.

Pedro Aqramunt isə çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA-nın mövqeyini xatırladıb: “AŞPA-nın və şəxsən mənim mövqeyim belədir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu mövqeyimə görə Ermənistan tərəfi və hətta bəzi parlamentarilər məni kəskin tənqid etmiş, haqqımda xoş olmayan fikirlər söyləmişdilər. Lakin bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki mən mövqeyimin ədalətli olmasına əminəm. Mənim üçün əsas məsələ münaqişənin tezliklə həll olunmasıdır və bu istiqamətdə səylərimi bundan sonra da əsirgəməyəcəyəm”.

AŞPA sədri Azərbaycan prezidenti İlham Əliyevin əfv fərmanı nəticəsində 148 məhbusun azadlığa buraxılmasını, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncamını, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın amnistiya təşəbbüsü ilə parlamentə müraciət etməsini yüksək qiymətləndirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031