Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanda hər an çevriliş baş verə bilər

Ermənistan daxilində son vəziyyətin təhlili burada hakimiyyətə qarşı narazılığın daha da artdığını göstərir. Proseslərin gedişi Serj Sarkisyan iqtidarının vaxtından əvvəl devrilməsini və siyasi baxışlarına görə fərqli qüvvələrlə əvəzlənməsini istisna etmir.

Ötən ayın əvvəllərində cəbhədə baş verən məlum hadisələrdən sonra Serj Sarkisyan hakimiyyətinin durumu daha da ağırlaşıb. Ermənistan mətbuatının yazdığına görə, “dördgünlük müharibə” göstərdi ki, ölkənin idarəetmə proseslərinin kökündə sistem və struktur problemləri durur. Bu fonda qeyd edilir ki, son vaxtlar vətəndaş faktoru hiss olunacaq dərəcədə fəallaşıb, xüsusən də sosial şəbəkələrdə bunu daha qabarıq görmək mümkündür.

Media ona da diqqət çəkir ki, hakimiyyət bu prosesin qarşısını almaq iqtidarında deyil: “Hakimiyyətdəkilər məhz bu obyektiv reallığı nəzərə almaya, onunla hesablaşmaya bilməzlər”. Belə durumda isə aydın görünür ki, Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlə yanaşı, daxili təzyiq də güclənir.

Hazırda beynəlxalq müstəvidə Ermənistana əsas təzyiqlər Qarabağ münaqişəsinə görədir. Ermənistanın bu məsələnin həllini uzatması beynəlxalq müstəvidə də narazılıq yaradır. Ermənistan vətəndaşları zəbt olunmuş ərazilərin ölkəyə yalnız problem gətirdiyini göstərərək onun həllinin tezləşməsini hakimiyyətdən daha çox tələb edirlər. Bu səpkidə isə işğal olunmuş torpaqların əsl sahibinə qaytarılmalı olduğunu etiraf edən ermənilərin sayı artır. Məsələ ilə bağlı “armenianreport” saytı diqqəti Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyanın açıqlamalarına yönəldir.

Ermine Naqdalyanın “Beynəlxalq hüquq bizə Dağlıq Qarabağı nəzarətdə saxlamağa icazə vermir” açıqlamasının geniş rezonans doğurduğunu yazan sayt bu şəxsin Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri olduğunu xüsusi qabardaraq yazır: “Biz AŞPA-da da Azərbaycanın bizi məğlub etdiyini açıq şəkildə görürük. Sadəcə, etiraf edə bilmirik. Reallıq budur ki, Azərbaycan diplomatiyasına ciddi əsas verən Naqdalyan AŞPA-da da heç bir iş görə bilmir. Lakin bütün uğursuzluğa baxmayaraq, Naqdalyan nümayəndə heyətinin rəhbəri vəzifəsindən çıxarılmır. Çünki hər kəs bilir ki, o, birinci xanım Rita Sarkisyanın adamıdır. Kim Naqdalyana söz deyə bilər? Rita Sarkisyanın qanadı altında olandan sonra hər şey demək mümkündür”.

Sayt Naqdalyanın qeyri-rəsmi məclislərdə səsləndirdiyi bir fikrə də diqqət çəkib: “Siyasi dairələrə yaxın şəxslər bildirirlər ki, bu Naqdalyan qeyri-rəsmi məclislərdə israrla Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edib və bildirib ki, Ermənistan Rusiya ilə münasibətləri pisləşdirməmək üçün bunu etməlidir. Digər bir məclisdə isə o, Sarkisyanın məğlubiyyətini müdafiə etmək məqsədilə – Ağdam bizim torpağımız deyil – deyə qeyd edib”.

Digər tərəfdən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Vurğulanıb ki, Ter-Petrosyan Xankəndidə qondarma “Dağlıq Qarabağ Respublikası” separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüş zamanı qoşunların təmas xəttində baş vermiş son hadisələr və bunların danışıqlar prosesinə təsiri məsələsi müzakirə edilib.

Ermənistanın “operativ.am” saytı isə yazır ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız problem gətirir. O da qeyd olunur ki, belə bir vaxtda Ermənistan hüquq-mühafizə orqanları Dağlıq Qarabağa göndərilən yardımların satılmasına dair yayılan xəbərlərlə bağlı araşdırma aparır. Bildirilir ki, ölkə prokurorluğu “Orinats Yerkir” partiyasının deputatı Levon Doxolyanın məlumatı əsasında Ermənistan polisinə sorğu göndərib. Doxolyan özünün “Facebook” səhifəsində yazıb ki, “Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardımlar Ermənistanda və Dağlıq Qarabağın özündə satılır”. Bu da ölkədə geniş narazılıq doğurub. Bildirilir ki, ölkədə ağır sosial-iqtisadi vəziyyət fonunda hakimiyyətdə yer alan məmurlar Dağlıq Qarabağ münaqişəsini bəhanə gətirərək öz ciblərini doldurmaqla məşğuldurlar.

Bu arada işğalçı ölkədə polislərin sayı ilə bağlı açıqlanan rəsmi rəqəmlərin də reallığı əks etdirmədiyi məlum olub. Belə ki, “Armlur.am” saytında dərc olunan məqalədə qeyd olunur ki, Ermənistanda polislərin sayı əhalinin sayına görə digər ölkələrlə müqayisədə iki dəfə artıqdır: “Hərbi qulluqçuların acınacaqlı vəziyyətdə olması bunu sübuta yetirir. Hakimiyyət öz maraqlarına cavab verən istiqamətlər üçün vəsait ayırır. Öz postlarının itirilməməsi onlar üçün əsas şərtdir. Hökumət bu məqsədinə çatmaq üçün “Vova” ləqəbli polis rəisi Vladimir Qasparyanın “polis komandasına” etibar edir. Ermənistan üçün əsas düşmən öz daxilindəki erməni vətəndaşlarıdır. Ən böyük qorxuları erməni vətəndaşların etiraz aksiyalarıdır”.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə blokada vəziyyətində qalması, regional layihələrdən təcrid olunması fonunda iqtisadi durumun daha da pisləşdiyi bəllidir. “Aykakan jamanak” qəzeti yazır ki, buna görə də Ermənistanın dövlət borcu durmadan artır. Aprel ayına olan vəziyyətə görə, borc 5 milyard 196 milyon dollar təşkil edib. Cari il ərzində dövlət borcu faktiki olaraq 576 milyon dollar artıb. Qəzet qeyd edir ki, bu göstərici ötənilki rəqəmi 12,4 faiz üstələyir. Eyni zamanda bu dövr ərzində dövlət büdcəsinin gəlirləri azalıb. Əgər 2015-ci ilin ilk rübündə dövlət büdcəsinin gəlirləri 517 milyon dollar təşkil etmişdisə, bu il 500 milyon dollara bərabər olub: “Bir sözlə, dövlət borcu 12,5 faiz artıb, dövlət büdcəsi gəlirləri isə 3,2 faiz azalıb. Bu isə onu göstərir ki, Ermənistan borcların hesabına mövcuddur”.

Qəzet Ermənistan Milli Statistika Xidmətinin hesabatına istinadən yazır ki, cari ilin birinci rübündə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi də 10,4 faiz azalıb. Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə Rusiyadan Ermənistana idxalın həcmi 2,2 dəfə artaraq 67,7 milyon dollar təşkil edib. Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində 3,2 faiz azalma müşahidə olunub. Ermənistanın xarici ticarətinin ümumi strukturunda Rusiyanın payı 24,7 faizədək azalıb.

Hesabat dövründə İrandan Ermənistana mal ixracının həcmi isə 2,9 dəfə artıb. “Aykakan jamanak” qəzeti yazır ki, bütün bunlar ölkənin sosial-iqtisadi durumunun ağır olduğunu göstərir və belə vəziyyət mövcud hakimiyyətin yarıtmaz siyasəti və Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan qaynaqlanır. Bu səbəbdən də Ermənistan daxilində mövcud hakimiyyətə qarşı narazılıq dalğası sürətlə böyüyür.

Elçin Cəfərov

Newtimes.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031