Ermənilən bu dəfə də öz pilotsuz uçan aparatlarını vurub
Bu gün saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.
Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci “X-55” tipli PUA aparatıdır.