Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azay Quliyev: Ermənistan Vyana görüşünün nəticələrinə hesablanmış pafoslu bəyanatlar verdi

“Vyana görüşü ilə əlaqədar müxtəlif şərhlər və rəylər bildirilir. Ermənilər ənənəvi olaraq özlərinə sərf edən məqamları daha çox qabartmağa, görüşün nəticələrindən razı kimi görünməyə çalışır, heç bir əsası olmayan pafoslu çıxışlara yol verdilər”.

Trend-in məlumatına görə, bunu mətbuata Vyana görüşünün nəticələrini şərh edərkən ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan rəsmiləri isə soyuqqanlı davranmağa üstünlük verdi və görüş haqqında qısa məlumat verməklə kifayətləndi: “Bəzi analitik şərhlərdə, sosial şəbəkələrdəki müzakirələrdə əsas məqamlara kifayət qədər diqqət yetirilmədiyini, nəzərdən qaçırıldığını müşahidə etdik. Əslində, qeyd ediləsi məqamlar var və hesab edirəm ki, bunlara aydınlıq gətirsək, mənzərə aydın olar. Əvvəla, görüşə hər iki tərəf konkret təkliflərlə getmişdi. Ermənistanın təklifi o idi ki, atəşkəs möhkəmlənsin, təmas xəttində baş verəcək insidentlər araşdırılsın, güc tətbiq etməməklə bağlı öhdəlik götürülsün. Aprel döyüşlərinin nəticələrinin diktəsi ilə keçirilən Vyana görüşünə Azərbaycan daha güclü və daha qətiyyətli tərəf kimi qatılmışdı və hamı ölkəmizdən məsələni sülh yolu ilə həll etməyi xahiş edirdi. Azərbaycanın isə konkret mövqeyi ondan ibarət idi ki, danışıqlar imitasiya xarakterli yox, konkret nəticələrə söykənən danışıqlar olmalı, yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli həlli istiqamətində konkret addımlar atılmalı və böyük sülh sazişinin hazırlanmasına başlanılmalıdır.
Lakin təəssüflər olsun ki, bəzi mətbu orqanlarda verilən məlumatları və yazıları oxuyarkən belə təəssürat yaranır ki, sanki Ermənistanın təkliflərinə daha çox diqqət yetirilib, yəni danışıqlar yalnız insidentin araşdırılmasına və atəşkəsin əldə edilməsinə həsr olunub. Ümumiyyətlə, bizim üçün bu iki məsələ strateji baxımdan prinsipial məsələ deyil. Bizim üçün daha önəmli və daha ciddi üç prinsipial məsələ oldu ki, bunlara mütləq diqqət ayırmaq lazımdır”.

A.Quliyevin fikrincə, birinci məsələ ondan ibarət idi ki, ilk dəfə Azərbaycan tərəfi konkret olaraq Ermənistana bir ay, yəni iyuna qədər düşünmək üçün vaxt verdi: “Bu barədə həm həmsədrlər, həm də xüsusilə Rusiya xarici işlər naziri Lavrov açıq bəyanatla çıxış etdi. Lavrovun bəyanatinda deyilir ki, “iyun ayında tərəflər görüşməlidirlər və Dağlıq Qarabağ probeminin nəhayət yekun həlli prosesinə başlanılmalıdır”. Təkrar edirəm: “nəhayət, yekun həlli prosesi konkret müzakirə olunmalıdır”. Bu, çox önəmli məqamdır. Bu, nə deməkdir? Burada nəticə ondan ibarətdir ki, Azərbaycan öz mövqeyini orada qəbul etdiribr və iyun ayınadək Ermənistana vaxt veririk. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, təmas xəttində insidentin olmasını istəmirsə, sülhün daimi olmasını arzulayırsa, konkret konstruktivlik nümayiş etdirməli və təklif olunan həll planını qəbul etməlidir. Əks halda danışıqların pozulmasının məsuliyyəti Ermənistanın üzərində qalacaqdır. Düşünürəm ki, bu Vyana görüşünün əsas nəticələrindən biridir”.

A.Quliyev sonra qeyd edib: “İkinci mühüm məqam nədən ibarətdir? Rusiya Xarici işlər naziri Sergey Lavrov açıq şəkildə dedi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır, hansı ki ermənilər indiyə qədər bunu istəmirdilər. Bilirsiniz ki, Ermənistan münaqişənin paket həll variantını məqbul sayırdı. Yəni, Dağlıq Qarabağın əvvəlcədən statusu müəyyənləşmədən, ona müstəqillik verilmədən və ya bu prosesin zəmanəti olmadan mərhələli həll variantını qəbul etmirdilər. Rusiya Xarici işlər nazirinin açqılamasından açıq mətnlə hiss olunur ki, münaqişənin mərhələli həll variantı əsas götürülür. Yəni, ən azı, 5+2 rayon ilkin mərhələdə azad olunacaq, Azərbaycanın məcburi köçkünləri həmin rayonlara və Dağlıq Qarabağa geri qayıdacaq, kommunikasiya, əlaqələr açılacaq və s. Yalnız bundan sonra üçüncü mərhələdə Dağlıq Qarabağın razılaşdırılmış hüquqi statusu müəyyənləşəcək”.

A.Quliyev sonra üçüncü mühüm məqamı qeyd edərək bildirib ki, ATƏT-in hazırkı sədri Almaniyanın xarici işlər naziri Ştaynmayer çox açıq bəyanat verdi ki, biz status-kvonun nə qədər təhlükəli olduğunu və heç bir perspektivinin olmadığını qəbul etməliyik: “Bu da Azərbaycanın uzun illər Prezident İlham Əliyevin səsləndirdiyi tələbdir. Biz status-kvonun saxlanmasını istəmirik. Status-kvonun dəyişməsi nə deməkdir? Bu o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır”.

Deputatın sözlərinə görə, bütün bu sadaladığım üç məqama görə Vyana görüşünün nəticələrini Azərbaycan üçün uğurlu hesab etmək olar: “Fikir verirsinizsə, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi görüşun nəticələri haqqında daxili auditoriyaya hesablanmış pafoslu bəyanatlardan istifadə etmədi. Çünki buna bizim heç bir ehtiyacımız yoxdur. Bizə pafos yox, konkret nəticə lazımdır. Ancaq görünür ermənilər, xüsusilə Sarkisyan aprel döyüşlərində itirdiyi mövqeyini və nüfuzunu az da olsa bərpa etmək üçün atəşkəsin qorunması və insidentin araşdırılması ilə bağlı müddəaları daha çox qabardır. Əgər Sarkisyan bununla təskinlik tapırsa, qoy tapsın, biz ona etiraz etmirik”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031