Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Aleksandr Krılov: “Ermənistan sürətlə boşalır, əhalinin sayı getdikcə azalır”

“Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ölkədə demoqrafik böhrana səbəb olub. Ermənistan sürətlə boşalır. Ölkə əhalisi işləmək üçün Rusiyaya üz tutur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rossiya Seqodnya” agentliyində keçirilən “Cənubi Qafqazın Avrasiya gələcəyi. Avrasiya İqtisadi Birliyi himayəsi altında inteqrasiya perspektivləri” adlı Moskva-İrəvan videokörpüsündə Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun elmi əməkdaşı, Qafqazşünaslar Elmi Cəmiyyətinin prezidenti, politoloq Aleksandr Krılov bildirib.
A. Krılov deyib ki, Avrasiya İqtisadi Birliyinə qoşulmağın Ermənistan üçün bir çox ziddiyyətli məqamları var: “Belə ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olduqdan sonra bu ölkə vətəndaşları üçün Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq asanlaşıb. Onlardan Rusiyada yaşamaq icazəsi və çalışmaq üçün əmək patenti almaq tələb olunmur. Nəticədə Ermənistandan Rusiyaya miqrant axını sürətlənib. Ermənistan sürətlə boşalır. Ölkə əhalisinin sayı getdikcə azalır. Bir sözlə, Avrasiya inteqrasiyasına qoşulmaq Ermənistanda demoqrafik vəziyyəti dəyişib və bundan sonra da dəyişəcək. Bu fakt isə Rusiyanın, o cümlədən Ermənistanın marağında deyil. Ermənistandakı sosial-iqtisadi problemlərin həllinə Avrasiya İqtisadi Birliyinə üzv ölkələr yardım edə bilər. Lakin bu, ilk növbədə Ermənistan siyasi rəhbərliyindən, biznes elitasından asılıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, onların yerinə bu problemləri heç kəs həll etməyəcək”.
Politoloq David Arutynov isə aprel hadisələrindən sonra Ermənistanda Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinin müzakirəyə çıxarılmasına diqqəti yönəldib: “Rusiyanın münaqişə tərəflərinə silah satması Ermənistan cəmiyyəti tərəfindən kəskin tənqid olunub. Ermənistanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzvlüyünün nə qədər effektli olması sual altına düşüb. Çünki aprel hadisələrinə qədər bu planda bir çox miflər mövcud idi. Guya bu təşkilatların üzvləri arasında ideal əməkdaşlıq var. Lakin əslində belə deyilmiş. Bunu apreldə Dağlıq Qarabağda baş verən hadisələr sübut etdi. İkinci problem isə KTMT-yə üzvlük problemidir. Aprel hadisələri Ermənistanla bu təşkilat, o cümlədən Rusiya arasında problemin olduğunu göstərdi. Lakin bununla belə, Ermənistanın başqa çıxış yolu yoxdur. Rusiya və KTMT ilə əməkdaşlıqdan başqa alternativimiz mövcud deyil”.
Digər erməni siyasi ekspert Aşot Safaryan da Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünün effektiv olub-olmaması məsələsinə toxunub: “Bu təşkilat daxilində üzv ölkələrin əməkdaşlığına düzəlişin edilməsi vacibdir. Çünki Rusiya-Türkiyə münasibətləri pozulduqdan, o cümlədən Dağlıq Qarabağda aprel ayının əvvəllərindəki hadisələrdən sonra təşkilat üzvləri arasında əməkdaşlığın hansı səviyyədə olduğunu gördük. Ritorika səviyyəsində belə, təşkilat üzvlərindən birinci hadisədə Rusiyaya, ikinci hadisədə Ermənistana dəstək gəlmədi. Belarus parlamenti ölkə hərbçilərinin xarici dövlət ərazisində hərbi əməliyyatlarda iştirakını qadağan edən hərbi doktrinanı qəbul etdi. Minskin bu addımı Ermənistan tərəfindən mənfi qiymətləndirilib. Bütün bunlar onu göstərir ki, KTMT və Avrasiya İqtisadi Birliyi üzv dövlətləri tam əməkdaşlığa hazır deyillər”.
Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Qəbələ görüşünə də toxunan erməni politoloq bildirib ki, Ermənistan regionda yaranan bu hərbi ittifaqdan çox narahatdır: “Qəbələdə səslənən bəyanatların hədəfi Ermənistandır”.
Videokörpüdə iştirak edən Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan isə digər erməni politoloqların ölkənin KTMT və Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi ilə bağlı pessimist fikirlərinə cavab verməklə Ermənistanda anti-Rusiya və anti-KTMT əhval ruhiyyəsinin mövcud olduğunu inkar etməyə cəhd göstərib. O, Ermənistanın Rusiyanın nüvə çətiri altında olduğunu söyləyib: “Biz Rusiyanın nüvə çətiri altındayıq, hansı ki, Azərbaycan və Gürcüstanda bu, yoxdur. Ermənistan Rusiyadan daxili qiymətlərlə silah-sursat alır. Biz bununla öz təhlükəsizliyimizi təmin edirik. Bizim güclü hava hücumundan müdafiə sistemimiz var, hansı ki bu, heç Türkiyədə yoxdur. Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən şikayətlənməyə heç bir əsası yoxdur. Ermənistan ayrılıqda Minsk və Astana ilə münasibətlərinə baxmalıdır. Bu ölkələrlə münasibətlər inkişaf etdirilməlidir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031